Accessibility links

Daha bir əsgər yaralanıb


Əsgər ölümünə etiraz aksiyası
Əsgər ölümünə etiraz aksiyası

Faktla əlaqədar hərbi prokurorluq tərəfindən cinayət işi açılıb, araşdırma aparılır

Aprelin 29-da Müdafiə Nazirliyinin cəbhənin Beyləqan rayonu istiqamətində yerləşən hərbi hissəsində silahlı insident baş verib.

Əsgər Cavid Mirzəyev avtomat silahdan atdığı atəş nəticəsində əsgər yoldaşı Nəsimi Rüstəmovu yaralayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı Amerikanın Səsinə təsdiq edərək bildiriblər ki, hadisə əsgər Cavid Mirzəyevin təhlükəsizlik qaydalarını pozaraq silahla ehtiyatsız davranması nəticəsində baş verib. Hazırda yaralı əsgər Nəsimi Rüstəmov hərbi hospitaldadır, onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla əlaqədar hərbi prokurorluq tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Doktrina Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə bu ilin əvvəlindən Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkiləri 28 nəfər təşkil edib. Daha 36 nəfər yaralanıb və ya bədən xəsarəti alıb.
XS
SM
MD
LG