Accessibility links

Ərdəbil və Gilan arasında Heyran gərginliyi [Audio-Müsahibə]


Əsgər Əkbərzadə

Son vaxtlar Ərdəbil-Astara yolu üzərində yerləşən və bölgənin turizm cazibələrindən olan Heyran gədiyinin (aşırım) mülkiyyətinə dair münaqişələr Gilan və Ərdəbil vilayəti məsulları və millət vəkilləri arasında təkrar gündəmə gəlib. Ərdəbildən Amerikanın Səsinə danışan milli fəal Əsgər Əkbərzadə olaylar haqqında məlumat verməklə yanaşı milli hərəkata mənsub qüvvələrin mövzuya baxışı haqqında danışıb.

Əsgər Əkbərzadə Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:14:39 0:00

Əsgər Əkbərzadə hazırda “Heyran gədiyinin kağız üzərində Astara üstündə” yəni Gilan vilayətinin tərkibində olduğunu bildirir. Amma, o əlavə edir ki, “əməldə misal üçün o yolun idarəsi Ərdəbil vilayəti ilədir. Qış mövsümündə yol xidməti Ərdəbil tərəfindən verilir.”

Ərdəbilin vilayət olması ilə bugün Astara təkrar Azərbaycana qaytarılmalı, yəni Ərdəbil vilayətinə verilməlidir. Çünki Astara Gilanın mərkəzi Rəştə 170 km, Ərdəbilin mərkəzi Ərdəbilə isə 70 km uzaqlıqdadır.

Türk fəal Gilan vilayətinin tərkibində olan Astara və Ənzəli şəhərlərində əhalinin əksəriyyətinin türk olduğuna işarə edərək bu şəhərlərin Pəhləvilər dönəmində Azərbaycan tərkibindən çıxarıldığına diqqət çəkir:

“Pəhləvilər dövründə öncə Ənzəli və sonra 1970-ci illərdə Astara şəhəri Azərbaycandan ayrılır və Gilana verilir. Bunun səbəbi ya daha doğrusunu desək bəhanəsi də belə açıqlanır ki, Astara vilayətin mərkəzi Təbrizə çox uzaqdır. Maraqlıdır ki, [Ərdəbilin vilayət olması ilə] həmin açıqlamaya əsasən, bugün Astara təkrar Azərbaycana qaytarılmalı, yəni Ərdəbil vilayətinə verilməlidir. Çünki Astara Gilanın mərkəzi Rəştə 170 km, Ərdəbilin mərkəzi Ərdəbilə isə 70 km uzaqlıqdadır.”

Keçən həftələrdə İran mediası Gilan vilayəti məsullarının məlumatına istinadən, Heyran bölgəsində Gilan vilayətinin yerləşdirdiyi yol lövhələrinə xəsarət verən “pan-türkist qüvvələrin nəzarət altına alındığına” dair xəbərlər yayımlayıb.

Əkbər Əsgərzadənin dediklərinə görə, bu məlumat milli hərəkata mənsub qüvvələr tərəfindən təsdiq ya təkzib olunmayıb:

Heyran Gədiyi bölgənin əsas turizm mərkəzlərindən biridir
Heyran Gədiyi bölgənin əsas turizm mərkəzlərindən biridir

“O bölgələrdə Gilan vilayəti lövhələrinə etiraz edənlər sadəcə milli fəallar deyil. Əhali arasında etiraz edənlər çoxdur. Milli fəalların tanımadığı adamlar tutulmuş ola bilər. Biz nə təsdiq edə bilirik nə də təkzib edirik.”

Bu vasitə ilə, Azərbaycanda milli fəalların baxışını mərkəzə yox, qonşu etnik cəmiyyətlər ilə qarşıdurma istiqamətinə çəkmək istəyirlər.

Bəzi fəalların fikrincə, Ərdəbil və Gilan vilayətləri arasında Heyran bölgəsi gərginliyi və bu kimi olaylar məqsədyönlü şəkildə və türklər ilə qonşu cəmiyyətlər arasında ixtilaf yaratmaq üçün ortaya çıxarılır.

Əsgər Əkbərzadə də bunu təsdiq edir. O, həmçinin Ərdəbil millət vəkili Sudeyf Bədrinin Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda bu məsələni gündəmə gətirdiyini deyir.

“Ərdəbil millət vəkili Sudeyf Bədri də yazıb ki, Gilan vilayəti məsulları etnik qarşıdurma yaratmaq istəyirlər... Bu vasitə ilə, Azərbaycanda milli fəalların baxışını mərkəzə yox, qonşu etnik cəmiyyətlər ilə qarşıdurma istiqamətinə çəkmək istəyirlər..,” deyə türk fəal əlavə edir.

XS
SM
MD
LG