Accessibility links

Əsgər həlak olub


Əsgər Elvin Əhmədov həlak olub.

Bu barədə Müdafiə Nazirliyi fevralın 28-də məlumat yayıb.

Məlumatda deyilir ki, Ermənistan silahlı qüvvələri ilə döyüş toqquşmasında yaralanan əsgər Elvin Əhmədov hərbi tibb müəssisəsində vəfat edib.

Müdafiə Nazirliyi bundan əvvəl, fevralın 27-də də döyüş meydanında həlak olan 5 Azərbaycan hərbiçisinin nəşinin beynəlxalq təşkilatların vasitəçiliyi ilə təxliyyə edilməsi ilə bağlı məlumat yaymışdı. Onların fevralın 24-dən 25-nə keçən gecə həlak olduqları bildirilirib.

Ancaq nazirliyin həmin məlumatında Azərbaycanın əlavə itkilərinin olub-olmaması barədə məlumat verilməyib. Yaralıların ümumi sayı da açıqlanmır.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ilin mayında tərəflər atəşkəs barədə saziş imzalayıb. 2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa edilib. Döyüşlər zamanı tərəflər onlarla itki verib, çoxsaylı mülki yaşayış evləri, obyektlər dağıdılıb. Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə tərəflər hərbi əməliyyatları dayandırıb.

Hərbi əməliyyatlar dayandırıldıqdan sonra Azərbaycan və Ermənistan prezidenləri ABŞ-ın təşəbbüsü ilə Vyanada, Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburqda görüşüb. Buna baxmayaraq, münaqişənin danışıqlar yolu ilə nizamlanması istiqamətində müsbət irəliləyişlə bağlı hər hansı açıqlama olmayıb.

Münaqişənin dinc yolla nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya, Fransa) hazırki status-kvonun qəbuledilməz olması ilə bağlı dəfələrlə bəyanatlarla çıxış edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG