Accessibility links

Ukraynanın şərqində 11 əsgər həlak olub


Ukrayna ordusunun məlumatına görə, atəşkəs razılığının əldə edilməsinə baxmayaraq, keçən gün ərzində 11 əsgər həlak olub. Ukraynanın şərqində aparılan qızğın döyüşlərdə 40 nəfər yaralanıb.

Ukrayna, Rusiya, Fransa və Almaniyanın liderləri Belarusun paytaxtı Minskdə 16 saat davam edən danışıqlardan sonra atəşkəsin fevralın 15-də qüvvəyə minəcəyini elan ediblər.

Rusiya prezidenti Vladimir Putin münaqişə bölgəsindən ağır silahların çıxarılması da daxil edilməklə, əsas məsələlər barədə razılığın əldə edildiyini bildirib.

Rusiya tərəfdarı separatçılar da razılığı qəbul edib.

BMT-nin baş katibi Ban Gi Mun razılığı alqışlayıb.

Fransa prezidenti Fransua Olland deyib ki, atəşkəsə riayət edilməsi siyasi həll yolu ola bilər.

Ağ Ev razılığı sülhə doğru mühüm bir addım kimi dəyərləndirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada universitet kampusuna silahlı hücum edilib - ölənlər var
please wait

No media source currently available

0:00 0:12:06 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG