Accessibility links

Əsgər zabiti güllələyib


Əsgər ölümünə etiraz aksiyası
Əsgər ölümünə etiraz aksiyası

2013-cü ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri 27 nəfər təşkil edir

Aprelin 19-da gecə saat 03.00 radələrində Naxçıvandakı hərbi hissələrin birində əsgəri Rafael Şahverdiyev tabeliyində olan silahdan açılan atəş nəticəsində baş leytenant Məmmədov Elşən Mübariz oğlu dünyasını dəyişib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Fakt üzrə cinayət işi başlanıb, araşdırma aparılır.

İnsidentin səbəbləri ilə bağlı məlumat verilmir.

2013-cü ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri 27 nəfər təşkil edib. Ötən müddətdə 31 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə dünyasını dəyişənlərin 5-i döyüş, 22-i isə qeyri-döyüş itkiləridir.
XS
SM
MD
LG