Accessibility links

Əsgər yaralanıb


Avtomat
Avtomat

O təhlükəsizlik qaydalarını pozub, avtomat əlində açılıb

Azərbaycan əsgərinin təhlükəsizlik qaydalarına əməl etməməsi onun yaralanmasına səbəb olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Turana bildiriblər ki, hərbi hissənin birində qulluq edən 19 yaşlı əsgər Röyal Hüseynovun təhlükəsizlik qaydalarını pozması nəticəsində tabeliyindəki avtomat silahdan atəş açılaraq sağ ayağına dəyib. Əsgər hospitala yerləşdirlib, vəziyyəti normaldır.

Röyal Əliyev 2003-cü ilin oktyabrında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayonu şöbəsindən hərbi xidmətə çağırılıb.

Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlayıb, araşdırma aparılır.
XS
SM
MD
LG