Accessibility links

Əşyaların İnterneti [Video]


Əşyaların İnterneti
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Yoldaşınız xorulduyursa, ağıllı yastıq bunun qayğısına qalacaq.

Soyuducunuz südün qurtardığını görəndə, sizin sevimli qida çatdırılma şirkətindən süd sifariş edəcək.

Gözlərinizin ətrafındakı qırışlardan narahatsınız? Ağıllı güzgü onları təhlil edib, uyğun üz kremini sifariş verə bilməyiniz üçün sizin smartfonunuza hesabat göndərəcək.

“Əşyaların İnterneti” dünyasına xoş gəlmisiniz.

“Burada sizin tənbəl və ya texnologiya həvəskarı olmağınızdan asılı olmayaraq, məişət işlərini asanlaşdıran müxtəlif layihələr təqdim edilib. Məsələn, tamamilə yeni formada zibil qutuları, soyuducular, diş fırçaları və xeyli digər əşyalar.”

İnformasiya texnologiyalarını təhlil edən Gartner şirkəti deyir ki, bu ilin sonuna qədər dünya üzrə 8.4 milyarda yaxın rabitəli qadcetlər olacaq.

“İnsanlar bacardıqları hər şey ilə rabitə qurmağa, əşyalar arasında əlaqə yaratmağa can atırlar.”

Ələddinin sehrli çırağınından çıxan cin kimi, Apple-ın Sirisi, Google-ın “OK Google”-ı, Amazonun Alexa-sı və bunlara bənzər digər icadlar hər zaman sahibinin istəyini yerinə yetirmək üçün hazır vəziyyətdədirlər.

“Bu texnologiyalar sənin istədiyin və xoşladığın işləri, heç bir göstəriş almadan, təxmin edir və rahatlıqla icra edir.”

Bu əşyaların rabitəli şəkildə çalışması ilə bağlı iki sual qalır: “Nə zaman?” və “harada?”

“Bu sahədə inkişaf tempi o qədər də sürətli deyil. Belə ki, əşyaların, cihazların sayı, onları istehsal edən şirkətlərin sayı o qədərdir ki, çox insan onların bir evdə birlikdə, rabitəli şəkildə necə çalışacağını təsəvvür edə bilmir.”

Və təbii ki, İnternetlə bağlı hər şeydə olduğu kimi, burada da təhlükəsizlik və şəxsi məlumatların məxfiliyi ilə bağlı narahatlıqlar mövcuddur.

“İndiki vəziyyətində bütün bu cihazlar təhlükəsizdirmi? Deyə bilmərik, çünki biz onların geniş istifadəsini görməmişik.”

Ekspertlər deyirlər ki, sahib olduğunuz qadcetdən asılı olmayaraq, onları istifadə edib, onlardan zövq alın. Amma, onlara öz şəxsi məlumatlarınıza çıxış verməyin. Həmin məlumatların nəticədə kimin əlində olacağı məlum deyil.

XS
SM
MD
LG