Accessibility links

Eskpertlər AstraZeneca vaksinindən istifadəni dayandırmaq qərarını sual edirlər


Avropada getdikə çox sayda ölkə AstraZeneca vaksinindən istifadəni bir neçə xəstədə vaksindən sonra qanın laxtalanması ilə barədə məlumatların üzə çıxmasının ardınca dayandırıb.

Onlar vaksinin problem yaratdığına dair sübutun olmadığını bildirir.

“Bugünkü qərar sırf ehtiyat tədbiridir,” Almaniyanın Səhiyyə Naziri Yens Spahn bazar ertəsi bildirib.

Bəzi ekspertlər deyir ki, bu qərarın mənfi təsirləri müsbət təsirlərindən daha çoxdur.

Yens Spahn
Yens Spahn

Filadelfiya Uşaq Hospitalının vaksin üzrə eksperti Pol Offit Amerikanın Səsinə bildirib ki, pandemiyanın ortasında hər hansı nəzəri narahatlıqlara görə effektiv vaksindən istifadəni dayandırmaq pis qərardır.

“Bu virus nəzəri deyil və hər gün minlərlə insanı öldürür. Mən deyərdim ki, bu vaksindən istifadəni dayandırmaq mühafizəkar deyil, radikal bir qərardır.”

Dilemma

AstraZeneca vaskini dünyada ən çox istifadə olunan vaksinlərdən biridir. O, yüksək və aşağı gəlirli ölkələrin vaksinə çıxış məsələsində qeyri-bərabərliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəklədiyi COVAX proqramı çərçivəsində də ən çox istehsal olunan vaksindir. Hazırda 40-dan çox ölkə vaksindən istifadəyə icazə verib.

Səhiyyə rəsmiləri deyir ki, onların məqsədi pandemiya ilə mübarizədə vaksindən istifadənin vacibliyini yan təsirlərə səbəb olan hər hansı kiçik risklə balanslaşdırmaqdır.

"Vaksinin həm təhlükəsiz, həm də effektiv olduğuna dair çox sayda sübut var. Ancaq həm biz, həm də Danimarka Dərman Agentliyi mümkün yan təsirlərlə bağlı xəbərlər səbəbilə tədbir görməliyik,” Danimarka Səhiyyə İdarəsinin başçısı Soren Brostrom bildirib.

Danimark AstraZeneca vaksini vurulan 60 yaşlı qadının qan laxtalanmasından öldüyünə dair xəbərlərdən sonra vaksindən istifadəni dayandıran ilk ölkə oldu.

AstraZeneca vaksini
AstraZeneca vaksini

“Hazırda vaksinlə qan laxtlanması arasında hər hansı əlaqənin olduğuna dair nəticəyə gəlmək mümkün deyil,” Danimarka Səhiyyə İdarəsi cümə axşamı bildirib.

Avstriya da bir başqa pasiyentin peyvənd vurulandan sonra qan laxtalanmasından ölməsinin ardınca vaksindən istifadəni müvəqqəti dayandırıb. Bir neçə başqa ölkədə də bənzər halların olduğuna dair məlumatlar var.

Almaniya, Fransa və İtaliya daxil olmaqla, bir sıra ölkə Avropa İttifaqının dərmanlara nəzarət edən qurumu - Avropa Dərman Agentliyinin (EMA) rəyini gözlədiyi müddətdə AstraZeneca vaksinindən istifadəni dayandırıb.

Ümumdünya Səhiyyə Təşkilatının baş alimi Soumya Svaminatan bazar ertəsi müxbirlərə bildirib ki, peyvən olunan insanlarda problemli qan laxtalanması peyvənd vurulmayan insanlarla müqayisədə daha tez-tez baş vermir.

“İnsanlarda qan laxtalanması olur və insanlar hər gün olür. Burada əsas sual bunun vaksinlə əlaqəsinin olub-olmamasıdır,” o deyib.

Soumya Svaminatan
Soumya Svaminatan

Avropa və Britaniyada 17 milyon insan arasında qan laxtalanması hallarına peyvənd vurulan insanlarda daha az rast gəlinir nəinki ümumi əhalidə, AstraZeneca bəyanatında bildirib.

"COVID-19 özü qan laxtalanması və başqa laxtalanma problemlərinə səbəb olur" - deyə, London Gigiyena və Tropik Tibb Məktəbinin farmakoepidemiologiya professor Stefen Evans bildirib.

Dünya boyu COVID-19-dan 2.6 milyon insan həyatını itirib. Bu arada, azı bir doza vaksin alan 300 milyon insan arasında vaksinlə əlaqəli ölüm halı olmayıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatından Svaminatan xəbər verib.

“İnsanları milyonlarla insanın ölümünə səbəb olan bu xəstəlikdən qorumağın faydaları ilə vaksinin mümkün risklərini müqayisə etmək lazımdır,” o deyib.

Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi kimi vaksini tövsiyyə edir.

ÜST və EMA rəsmiləri dəlilləri nəzərdən keçirmək və tövsiyyələrini dəyişib-dəyişməməyə qərar vermək üçün çərşənbə günü iclas keçirəcəklər.

XS
SM
MD
LG