Birləşmiş Ştatların müdafiə naziri Mark Esper çərşənbə axşamı Bağdada səfər edib. Səfərin məqsədi İraq rəsmiləri ilə bu yaxıənlarda Suriyadan çıxarılan ABŞ qüvvələrinin bu ölkəyə yerləşdirilməsi məsələsini müzakirə etməkdir.
Suriyadan çıxarılan 700-dən çox əsgər artıq 5 min nəfərdən ibarət ABŞ ordusunun yerləşdiyi İraqın qərbinə köçürülüb. Esper əlavə qoşunların İraqın müdafiəsinə və Suriyanın daxilində İslam Dövləti üsyançılarına qarşı anti-terror əməliyyatlarına yardım edəcəyini deyib.
İraq hökuməti isə ABŞ ordusunun ölkədə qalmasına icazə vermədiyini bildirib.
Səudiyyə Ərəbistanına səfəri zamanı müdafiə naziri deyib ki, onların son dayanacağı evləri olan Birləşmiş Ştatlardır.
Prezident Donald Trampın iki həftə əvvəl ABŞ ordusunu Suriyanın şimalından gözlənilmədən geri çəkmək qərarı Türkiyə və onun dəstəklədiyi Suriya ordusunun bölgədə hərbi əməliyyatlara başlamasına səbəb olub.