Birləşmiş Ştatlar Baltikyanı NATO üzvü və ABŞ Müdafiə Nazirliyi ilə daha böyük müqavilə çərçivəsində Estoniyaya tank əleyhinə 128 ədəd Javelin raket sistemi göndərdiyini bildirib.
"Estoniyanın müdafiə qabiliyyətinin inkişafı istiqamətində raketlərin çatdırılması davam etdiriləcək və 2004-cü ildən bəri NATO-ya üzv olan Estoniyanın millətlərarası strateji inteqrasiyası daha da gücləndiriləcək" - deyə, ABŞ-ın Tallinndəki səfirliyi cümə axşamı verdiyi açıqlamasında bildirib.
ABŞ səfirliyindən verilən məlumata görə, Vaşinqton son bir neçə ildə hərbi müttəfiqi olan Estoniyaya müştərək müdafiə sahəsində əməkdaşlıq çərçivəsində 100 milyon dollardan çox yardım verib.
`FGM-148 Javelin` tək bir insanın idarə edə biləcəyi infra-qırmızı yönlü tank əleyhinə raket sistemidir. Bu sistem Raytheon və Lockheed Martin Corp. şirkətləri tərəfindən istehsal olunur.
Keçən ilin dekabr ayında Estoniyanın Müdafiə Nazirliyi Birləşmiş Ştatların Baltikyanı ölkələrə - Estoniya, Latviya və Litvaya 2020-ci il üçün 175 milyon dollarlıq hərbi yardım ayırdığını bildirmişdi.
Bu üç ölkə NATO üzvüdür və üçü də Rusiya ilə həmsərhəddir.
Bundan öncə ABŞ Rusiyapərəst ölkənin çərqində separatistlərlə mübarizə aparan Ukraynaya "Javelin" raketləri veriləcəyəni təsdiqləyib.
Son hərbi texnologiyaya əsaslanan bu raketlər konvensional tankları vurmaqda effektivdir.