Accessibility links

Estoniyada rusdillilərin Rusiya təbliğatının təsiri altında olması çoxlarını narahat edir


Estoniyada rusdillilərin Rusiya təbliğatının təsiri altında olması çoxlarını narahat edir
please wait

No media source currently available

0:00 0:03:12 0:00

Rusiya Ukraynaya hücumlarını gücləndirdikcə Estoniya həm şərdqə rusiyalı qonşusu, həm də ölkənin özündə vəziyyəti narahatlıqla izləyir. Əhalisinin xeyli hissəsi rusdilli olduğu üçün medianın Rusiya təbliğatının təsiri altında olması çoxlarında narahatlıq doğurur.

Estoniya ilə Rusiyanı ayıran Narva çayı NATO ilə Rusiya arasında təmas nöqtələrindən biridir. Narva şəhəri ölkənin əksər şərqində olduğu kimi, əsasən rusdillidir və əhalisi Rusiya ilə sıx mədəni və iqtisadi əlaqələr saxlayır.

Narva əhalisi Rusiyanın adət-ənənələrini və mədəniyyətini qorumağa çalışsa da, Estoniya daxilində onların Kremlin agentləri olduqlarına dair fikirlər, bəzən eston millətçiləri tərəfindən tənqidlər onları narahat edir. Alla Matveyeva: "Biz heç kimin (agenti) deyilik, necə ola bilərdik? Bu fikir hakimiyyətdə kiminsə tərəfindən irəli sürülüb, amma mənim fikrimcə, Estoniya xalqı ümumiyyətlə inklüzivdir".

Təhlilçilərin fikrincə Estoniya hökuməti illərdir Rusiyanın ekspansionizmi barədə xəbərdarlıq edib və Ukraynaya müdaxilənin başlamasından xeyli əvvəl Kremli ölkənin suverenliyi üçün ən böyük təhlükə hesab edib. Beynəlxalq Müdafiə və Təhlükəsizlik Mərkəzimğndən İvo Yurve: İndiyə qədər Estoniyada heç vaxt vətəndaş müharibəsi olmayıb. Hərbi baxımdan təbii ki, yalnız Rusiya var. Bu, çox aydındır, 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra bu qədər sadədir".

Estoniya Sovet respublikası kimi mövcud olduğu dövrü işğal illəri hesab edir. Rusiyanın Ukraynaya hücumlarını gücləndirdiyini görən estoniyalılar üçün hazırkı dövrün məsuliyyəti daha da böyükdür. Vabamu muzeyinin işçisi Karen Jaqolin: "Düşünürəm ki, son bir ayda, Ukraynada müharibə davam etdiyi bir vaxt biz müstəqilliyimiz və azadlığımızı yeni perspektivdən dəyərləndirməyə başlamışıq".

Lakin belə görünür, Sovet İttifaqı dağıldıqdan və Estoniya yenidən müstəqil olduqdan sonra rusdilli azlığın inteqrasiya prosesi baş tutmayıb. Karen Jaqolin: "İnteqrasiya şübhəsiz ki, Estoniyanın uğur hekayəsi deyil. Son 30 ildə rusdilli icmaların Estoniya cəmiyyətinə inteqrasiyası prosesində çox böyük problemlər var".

Rusiya kommunist hakimiyyəti altında olan digər ölkələrdə olduğu kimi, dil şəxsiyyət və suverenlikməsələlərində mühüm rol oynayır. Estoniyanın çox hissəsində hələ də rus dilində danışılsa da, daha çox insan eston dilinə diqqət yetirdiyi üçün rus dilindən istifadə azalır. Müəllimə Annelis Liblik: "Fikrimcə, geriyə, məktəblərdə ruslaşmanın sürətlə getdiyi 30 il əvvələ baxsaq, bununla müqayisədə burada və indi eston dilinə çox diqqət göstərilir və o sevilir."

Bu kənddə uşaqlar eston dilində dərslərini davam etdirərkən, Donetsk, Odessa və Nikolayevdən olan bir qrup rusdilli ukraynalı qaçqın uşaq Estoniyanın regional rəqslərini məşq edir. Çox maraqlıdır ki, inteqrasiya prosesi rus dilində aparılır.

XS
SM
MD
LG