Accessibility links

Estoniya 200 milyon dollarlıq sövdələşmə çərçivəsində ABŞ-dan raket artilleriya sistemi alacaq


Müdafiə rəsmiləri şənbə günü bildiriblər ki, NATO üzvü və Rusiyanın qonşusu Estoniya Baltikyanı ölkənin ən böyük silah tədarükü layihəsi çərçivəsində ABŞ-ın qabaqcıl raket artilleriya sistemini əldə etməklə müdafiə qabiliyyətini artırır.

Cümə günü Yüksək Sürətli Artilleriya Raket Sistemi (HIMARS) üçün imzalanan sövdələşmənin dəyəri $200 milyon dollardan çoxdur və ona sursat və raketlər kimi texnika, o cümlədən təlimlər daxildir.

Estoniya Müdafiə Sərmayesi Mərkəzin açıqlamasında bildirib ki, Paketə 70-300 kilometr məsafə qət edə bilən HİMARS raketləri daxildir. Lockheed Martin Corp. şirkətinin ilk sistemi 2024-cü ildə Estoniyaya çatdıracağı gözlənilir. Estoniya rəsmiləri raket buraxan qurğuların sayını açıqlamasa da, yerli KİV-lər paketdə altı HIMARS-ın olduğunu xəbər verir.

“HIMARS reaktiv yaylım atəşi sistemləri Estoniyanın müdafiə imkanlarının inkişafında yeni mühüm addımdır,” Estoniya Müdafiə Qüvvələrinin imkanlarının inkişafı şöbəsinin rəisi podpolkovnik Kaarel Mäesalu bəyanatda bildirib. “Bu, düşmənə hətta bizim piyada birləşmələrimizlə təmasda olmadan əvvəl belə qətiyyətli şəkildə təsir göstərməmizə imkan verir.”

Estoniyanın Baltikyanı qonşuları Latviya və Litvanın ya öz HIMARS sistemləri artıq var, ya da hazırda onları əldə etmək prosesindədirlər.

Vaşinqton Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı Kyivi bu raket qurğuları ilə təmin edib. Estoniya Müdafiə Nazirliyi bildirib ki, HIMARS sistemləri “Rusiyanın hərbi sursat anbarlarını, nəqliyyat qovşaqlarını və komanda və idarəetmə mərkəzlərini Ukraynanın istifadə etdiyi haubitsaların əhatə dairəsindən kənarda dəqiqliklə məhv etməyə kömək edib.”

XS
SM
MD
LG