Accessibility links

Estoniyanın Tramp və Putin danışıqlarına münasibəti


Estoniyanın Tramp və Putin danışıqlarına münasibəti
please wait

No media source currently available

0:00 0:02:45 0:00

ABŞ prezidenti Donald Tramp və Rusiyalı həmkarı Vladimir Putin görüşünün keçiriləcəyi Helsinkinin Baltik dənizinin o biri sahilində - Estoniyada hamı bu hadisələri həyəcanla izləyir. Ölkə bir zamanlar Sovet Respublikasının tərkibində olub, lakin indi o, NATO-nun Rusiyanın hər hansı bir müdaxiləsini dayandırmaq üçün qüvvələrə sahibdir. Henri Ridgvellin bildirdiyinə görə, Moskvanın Krımın ilhaqı və Ukraynaya qarşı digər hərəkətləri Baltikyanı ölkələrin Rusiyaya qarşı hər hansı bir yaxınlaşmanın narahatçılıqına səbəb olub.

Rusiya sərhədindən tankla 3 saatlıq ərazidə NATO qoşunları müharibənin qarşısını almaq məqsədi ilə döyüşə hazırlaşır.

Cim Kennedi, Birinci Batalyonun polkovnik-leytenantı: "Biz NATO-nun əsas məqsədi olan kollektiv mübarizə üçün buradayıq. Məqsədimiz müdafiədir, döyüşmək və müdafiə üçün lazım gələrsə biz burdayıq."

Avropa bu ssenaridən qorxu içindədir. Bir zamanlar Sovet İttifaqının bir hissəsi olmuş Estoniya və digər Baltikyanı ölkələr indi NATO-nun ön cəbhə xəttində olan ölkələridir. Rusiyanın 2014-cü il Krımın ilhaqı alyansı sarsıtdı və indi qurum heç nəyi şansa buraxmır.

Estoniya Rusiyanın Ukraynanın işğalından sonra eyni halın qarşısını almaq üçün NATO-nun onun ərazılərində yerləşdirilməsini məmnuniyyətlə qarşıladı.

Döyüş qrupunun böyük hissəsini səkkiz yüz Britaniya əsgəri təşkil edir. Bu əsgərlər yeni altı aylıq tura başlayırlar.

Cim Kennedi, Birinci Batalyonun polkovnik-leytenantı: "Estoniyalılar müdafiə büdcəsinin nəzərdə tutduğu məbləğdən daha çox pul sərf edərək, NATO-nun yerləşdirilməsini təmin ediblər. Bizim lazım olan hər şeyimiz var. Əlbəttə, NATO-nun Rusiya ilə münasibətlərində strategiyası iki yolla aparılır. Güc nümayişi və kollektiv müdafiəyə hazırlıq. Amma eyni zamanda qarşılıqlı dialoq. Beləliklə, biz, hər kəs kimi Helsinkidə baş verən hadisələrin nəticələrini gözləyirik."

Helsinki Baltik dənizi ilə gəmi ilə cəmi iki saatlıq məsafədə yerləşir. Bazar ertəsi günü keçiriləcək görüş Estoniyanı, eləcə də NATO-nun bir çox başqa müttəfiqini narahat edir.

Kalev Stoiçeşku, Estoniya Beynəlxalq Müdafiə və Təhlükəsizlik Mərkəzinin nümayəndəsi: "Çünki həmişə gözlənilməzlik elementi var, bu xüsusiyyət əvvəllər Putinə məxsus idi, indi isə bu əlbəttə ki, Trampa da məxsusdur. Rusiyanın gözləntiləri Amerika tərəfinə nisbətən daha yüksək ola bilər. Şübhəsiz ki, onlar təbliğatın qələbəsini gözləyirlər ".

NATO və Rusiya, prezident Tramp və prezident Putin arasında geosiyasət Rusiyadan cəmi 140 kilometr aralı yerləşən Estoniyada NATO-nun izlərinin sürətlə genişləndiyi hiss olunur.

Prezident Tramp Helsinki sammitinin Moskva ilə münasibətləri yenidən bərpa edə biləcəyinə söyləyib.

Baltik dənizinin o tərəfində isə NATO qoşunlarının mesajı var: Alyans hər bir nəticəyə hazırdır.

XS
SM
MD
LG