Accessibility links

Eta qasırğası Floridaya çatıb


Tropik Eta qasırğası həftə sonu ABŞ-ın cənub-şərq ştatlarını hədəf almazdan əvvəl Meksikanın şərq bölgəsini vurub. Daha sonra qasırğa Floridanın Key sahillərinə iqtiqamət alıb.

ABŞ Milli Qasırğa Mərkəzi Florida ştatının cənub hissələrinə şiddətli yağış və həyati təhlükəli güclü küləklər olduğunu bildirib. Küləyin sürəti saatda 100 kilometrə çatıb.

Sinoptiklər qasırğanın bazar ertəsi və ya çərşənbə axşamı bir qədər güclənəcəyini, ancaq Floridaya düşməzdən əvvəl zəifləyəcəyini gözləyir.

Ştatdakı çimərliklər, limanlar və koronavirus test məntəqələri bağlanıb, insanlara evdə qalmaq tövsiyə edilib.

Florida qubernatoru hökumətin reaksiyasını sürətləndirmək üçün bir neçə bölgədə fövqəladə vəziyyət elan edib.

Sinoptiklər Etanın cümə gününə qədər Floridanın mərkəzi və cənub hissələrinə 15-30 santimetr yağış gətirəcəyini proqnozlaşdırıb.

Bahamalar, Yamayka və Kubanın bəzi hissələrində də şiddətli yağışlar gözlənilir.

Eta keçən həftə Nikaraquanı və Panamadan Meksikaya qədər hissəslərini güclü təsirə məruz qoyub.

Ötən həftə Nikaraqua və Honduras da daxil olmaqla, Mərkəzi Amerika boyu davamlı leysan yağışları ilə daşqınlar və torpaq sürüşmələri yaradan Eta qasırğası azı 57 nəfərin ölümünə səbəb olub.

Qvatemaladakı xilasedicilər bazar günü torpaq sürüşmələrindən sonra axtarışları davam etdirib.

Prezident Alehandro Kiammattey Qvatemalada 300-ə yaxın evin dağıldığını və yağışın hələ iki gün də davam edəcəyini bildirib.

Rəsmi ölüm sayı 100-dən çoxdur. İtkin düşənlərin sayı 27-yə çatıb.

Fırtına Meksikanın cənubundakı ən az 20, Hondurasda ən az 20 nəfərin ölümünə səbəb olub.

2020 Atlantik qasırğa mövsümünün 28-ci qasırğası olan Eta Şimali Atlantik okeanı hövzəsində indiyə qədər qasırğa mövsümünün rekordunu sındırıb.

Bundan əvvəl küləyin sürəti saatda 175 km. olan Zeta Luiziana ştatının Nyu Orleans şəhərinə demək olar ki, birbaşa zərbə vurub. Eyni zamanda Zetanın təsirini şərqdə, Corciya ştatının Atlanta şəhərində də hiss etmək olub.

Qasırğanın azı 6 nəfərin ölümünə səbəb olduğu bildirilib.

2005-ci ildə 28-ci qasırğa dekabrın sonuna doğru qeydə alınmışdı. Bu il bu sayda qasırğa 2 ay əvvəl müşahidə edilir.

XS
SM
MD
LG