Accessibility links

Etibar Əliyev: Müharibə və pandemiya məktəblərimizi təhdid edir


Azərbaycan Milli Məclisinin Elm və Təhsil Komitəsinin üzvü Etibar Əliyev Amerikanın Səsinə müsahibəsində koronavirus pandemiyasının ölkənin təhsil sisteminə təsirlərindən danışıb.

Amerikanın Səsi: COVİD-19 pandemiyasının Azərbaycanda təhsil sisteminə təsirləri nədir?

Bir çox ölkələrdə olduğu kimi Azərbaycan da bu prosesə hazır deyildi.

Etibar Əliyev: COVİD-19 pandemiyasının Azərbaycanda təhsil sisteminə kifayət qədər təsiri var. İlk öncə, ali məktəblər ənənəvi təhsildən distant təhsilə keçdilər. Əlbəttə, bir çox ölkələrdə olduğu kimi Azərbaycan da bu prosesə hazır deyildi. Ancaq buna baxmayaraq, çox qısa bir zamanda orta təhsil sistemində müxtəlif platformalar tətbiq olundu. “Virtual məktəb” platforması, eyni zamanda tele-dərslər tətbiq olundu. Bu da pandemiyanın təsirini xeyli dərəcədə azalda bildi. Hal-hazırda bir çox universitetlərimizdə artıq distatnt təhsil tətbiq olunur. Baxmayaraq ki, pandemiyanın başladığı ilk günlərdə müəyyən çıxılmaz vəziyyətlər yaranmışdı. Ancaq buna baxmayaraq, ortada təcrübə var idi. Bir neçə ali məktəbin belə bir təcrübəsi var idi. Ali təhsil sistemində qismən də olsa bu boşluq aradan qalxdı.

Etibar Əliyev: Müharibə və pandemiya məktəblərimizi təhdid edir
please wait

No media source currently available

0:00 0:06:21 0:00

Amerikanın Səsi: İndi, hazırda Azərbaycanın bütün məktəbləri, yəni ali, orta, peşə məktəbləri distant təhsilə cəlb edilə bilirmi?

Əsas problem internetlə, internetin tarifləri ilə, eyni zamanda təhsil verənlərin və təhsil alanların səriştəsi ilə bağlıdır.

Etibar Əliyev: Xeyr, burada xeyli dərəcədə problemlər var. Əsas problem internetlə, internetin tarifləri ilə, eyni zamanda təhsil verənlərin və təhsil alanların səriştəsi ilə bağlıdır. Bir də distant təhsilin tətbiqi ilə yanaşı, həm də distant təhsil mədəniyyətinin formalaşması vacibdir. Biz bilirik ki, təhsil təkcə auditoriyada verilən dərslərdən ibarət deyil. Bunun imtahan sistemi var, qiymətləndirmə sistemi var və sair. Ona görə də zaman-zaman bizdə də distant təhsil mədəniyyəti formalaşmağa başladı. Düzdür internet sahəsində aparılan islahatlar müəyyən dərəcədə ləngdir. Ancaq buna baxmayaraq, qeyd etdiyim platformalar vasitəsi ilə müəyyən dərəcədə bu sahədə yaranmış boşluğu doldurmağa çalışdıq.

Amerikanın Səsi: Yəni, internetin sürəti Azərbaycanın istənilən guşəsində şagirdlərin, tələbələrin distant təhsilə cəlb edilməsi üçün bəs edirmi?

Etibar Əliyev: Azərbaycanda 4500-dən çox orta ümüumtəhsil məktəbi fəaliyyət göstərir. Həmin orta ümumtəhsil məktəblərinin iki mini təhsili ənənəvi formada davam etdirir. Bu o bölgələrdə həyata keçirilir ki, orada internet məhdudiyyəti var. Bundan başqa müharibə təhdidi də var. Bizdə olan məlumata görə, Tərtər rayonunda 12, Gəncə şəhərində 5, Ağdam rayonunda 11 məktəbimiz ermənilər tərəfindən dağıdılıb. Vətən müharibəsində 3 şagirdimiz həlak olub. Həm müharibə, eyni zamanda pandemiya bizim məktəbimizi təhdid edir.

Amerikanın Səsi: Müharibə demişkən, ölkədə hərbi vəziyyət elan edilib. Hərbi vəziyyətin elan edilməsi ilə internetə və bir çox sosial platformalara məhdudiyyətlər tətbiq edilib. Bu distant təhsilin həyata keçirilməsi üçün çətinliklər yaratmırmı?

Ancaq, hərbi vəziyyətin öz şərtləri var. Hərbi vəziyyətin öz diqtəsi var

Etibar Əliyev: Çətinliklər var. Ancaq hərbi vəziyyətin öz şərtləri var. Hərbi vəziyyətin öz diqtəsi var. Mən düşünürəm ki, çox qısa bir zamanda bizim qələbəmizlə nəticələnən bu vətən müharibəsindən sonra həyat davam edəcək. Əlbəttə ki, biz distant təhsilə də davam edəcəyik, distant təhsili normal səviyyədə inkişaf etdirəcəyik. Hal-hazırda mən düşünürəm ki, hərbi vəziyyətlə bağlı məhdudiyyət zəruridir. Müəyyən müddətdən sonra bu çətinlik aradan qalxacaq.

Amerikanın Səsi: Pandemiya səbəbindən ölkəyə giriş-çıxış da qadağan edilib. Eyni zamanda, hərbi vəziyyətlə bağlı internetə məhdudiyyətlər tətbiq olunub. Amma, Azərbaycanda minlərlə insan xarici universitetlərdə təhsil aılr və həmin universitetlər qarşısında öhdəlikləri var. Həmin insanların öz öhdəliklərini yerinə yetirməsi necə nizamlanmalıdır?

Müəllim və tələbə fədəkarlığına böyük ehtiyac duyulur.

Etibar Əliyev: Bizim bəli, xarici ölkələrdə xeyli sayda vətəndaşlarımız təhsil alır. Çox güman ki, həmin ölkələrdə internet imkanları və yaxud texnoloji imkanlar fərqlidir. Ancaq buna baxmayaraq, düşünürəm ki, bizim tələbələr də bu reallığı nəzərə alırlar. Ən əsası odur ki, onlar xarici dillərdə təhsil alırlar. Xarici dildə təhsil aldıqlarına görə, internet resurslarından, professuranın mühazirələrindən, dərslərindən bəhrələnmək imkanlarına malikdirlər. O ki, qaldı bizim yerli tələbələrə, əlbəttə, burada səslənmək olar ki, professor-müəllim heyəti özlərinin mühazirələrini və yaxud da müyyən dərsiklərdən tədrisi davam etdirlməsi üçün çalışsınlar. Çünki, müəyyən vasitələr var ki, təhsildəki boşluğu aradan qaldıra bilər. Sadəcə burada müəllim və tələbə fədəkarlığına böyük ehtiyac duyulur.

Amerikanın Səsi: Parlamentdə xaricdə təhsil alan və hazırda ölkədə olan tələbələr üçün internetə və sosial platformalara olan məhdudiyyətin aradan qaldırılması ilə bağlı məsələ qaldırıla bilərmi? Onların universitetləri qarşısında öhdəlikləri var və xeyli miqdarda təhsil haqqı ödəyirlər.

Etibar Əliyev: Əlbəttə, bu barədə düşünmək olar. Məsələni parlamentdə qaldımaq mümkündür. Ancaq düşünürəm ki, indiki şəraitdə fərqli imkanlar mövcuddur. Xaricdə təhsil alan tələbələrə məhdudiyyətlər qoyulmayıb. Sadəcə, kommunikasiyalarda müəyyən boşluq yarana bilər. Bu da çox qısa bir vaxtda aradan qalxacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG