Accessibility links

Etibar Məmmədov: Azərbaycana zərbə vurmağa hazır olanlar var, özü də çox güclüdürlər [Video-müsahibə]


Etibar Məmmədov: Azərbaycana arxadan zərbə vurmağa hazır olanlar var, özü də çox güclüdürlər
please wait

No media source currently available

0:00 0:07:06 0:00

Etibar Məmmədov: Azərbaycana arxadan zərbə vurmağa hazır olanlar var, özü də çox güclüdürlər

O Amerikanın Səsinə müsahibəsində Milli Dirçəliş Gününün qeyd edilmədiyini deyib

Azərbaycanın Milli Azadlıq Hərəkatının liderlərindən Etibar Məmmədov Amerikanın Səsinə müsahibəsində Milli Dirçəliş Günü, bayramın ölkədə qeyd edilməməsinin səbəblərindən danışıb.

“Qanunda Milli Dirçəliş Günü bayram kimi qeyd edilsə də, ölkədə bayram əhval-ruhiyyəsi hiss edilmir. Təəssüf ki, bayram münasibəti ilə heç yerdə Azərbaycanın bayraqları dalğalanmır, rəsmi tədbirlər keçirilmir”, Məmmədov bildirib.

O Milli Dirçəliş Gününün rəsmi səviyyədə qeyd edilməməsinin səbəblərindən danışarkən deyib ki, hazırda hakimiyyətdə yüksək vəzifədə təmsil olunanların çox hissəsi hərəkata zidd mövqe tutanlardır.

“Onlar milli azadlıq ideyasını qəbul etmirdilər və ona qarşı çıxış edirdilər. Bu gün onlar rəsmi mövqelərini gizlətsələr də cəhd edirlər ki, azadlıq hərəkatı millətin yaddaşından silinsin”.

Məmmədov milli azadlıq ideyasının əsasında Azərbaycanın müstəqilliyinin durduğunu bildirib. “Bəzi hallarda kəskin müqavimətə rast gəlsə də bu mövqe müdafiə edilir. Amma Azərbaycan hakimiyyətində milli mövqedən qaçmağa hazır olan, istənilən vaxt Azərbaycana arxadan zərbə vurmağa hazır olan qüvvələr var. Özü də çox güclüdürlər. Bu amili də həmişə nəzərə almaq lazımdır”.

O insan hüquqları, demokratiya, azad seçki ilə bağlı deyib ki, milli azadlıq hərəkatı millətin azad qərar qəbul etmək, öz yolunu azad seçmək, öz dövlətini qurmaq hüququnu özünə qaytarmaq uğrunda mübarizədir.

“Biz bu məqsədlərə nail olmuşuq. Qalır onun ikinci hissəsi ki, millət buna nail olandan sonra milli dövlətin daxilində öz şəxsi azadlıqlarını, demokratik azadlıqlarını necə təmin edəcək, bu artıq dövlətin öz daxili işinə çevrilir. Yəni milli azadlıq hərəkatı düşmən qüvvəyə, xarici qüvvəyə qarşıdır. Daxildəki məsələlər isə tamamilə başqa xarakter alır. Ona görə də o zaman bir yerdə olan insanlar fikirlərinə görə daxili məsələlərdə müxtəlif mövqelərdən çıxış edirlər. Bu səbəbdən də onların bir-birini düşmən elan etməsinə ehtiyac toxdur. Çalışmaq lazımdır ki, millət azadlıqların təmin edilməsi ilə bağlı ümumi fikrə gəlsin”.

Məmmədov milli azadlıq hərəkatının liderlərindən biri kimi Sovet dönəmində siyasi məhbus olub. O öz siyasi məhbusluğu ilə bu günkü siyasi məhbuslar arasında paralellər apararkən deyib. “O dövrün siyasi məhbusları Azərbaycan xalqının azadlığı üçün mübarizə aparırdı və bütün millət tərəfindən onlar doğrudan da siyasi, vicdan məhbusu kimi qəbul olunurdu. Bu gün isə bir çox hallarda hətta onların statusunu müəyyən etmək bir mübahisəyə çevrilir”, o qeyd edib.

XS
SM
MD
LG