Accessibility links

Etirazçılar Londonda 5 körpünü blok edib


Yüzlərlə insan Londonun mərkəzində toplaşaraq şəhərin əsas körpülərini blok edib. Onlar hökümətdən iqlim dəyişikliyinə ciddi yanaşmasını tələb edir.

"Extinction Rebellion", yəni “Yoxa Çıxma Üsyanı” adlı qrup ölkəboyu koordinasiya edilmiş etirazın bir hissəsi olaraq şənbə günü etirazçıları körpülərdə oturaq etiraz keçirməyə təşviq edib.

Metropoliten polis idarəsi bilidirib ki, beş körpünün “blok olunması” səbəbilə təcili yardım maşınlarının Londonda hərəkət etmələrinin qarşısı alınıb. Polis idarəsi etirazçıları Vestminster Körpüsündə toplaşmağa çağırıb ki, orada polis zabitləri qanuni etiraza imkan yarada bilsin.

Bazar ertəsi etirazçılar yol hərəkətinin qarşısını alıb, özlərini Biznes, Enerji və Sərmaye Strategiyası Departamenetinin önündəki girişə yapışdırandan sonra təxminən 25 nəfəri həbs edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG