Accessibility links

ABŞ-da etiraz aksiyaları zorakılıqlarla müşayiət edilir


Həftə sonu ABŞ-ın bir neçə şəhərində etiraz aksiyaları zorakılıqlarla müşayiət edilib.

Oreqon ştatının Portland şəhərində nümayişçilər məhkəmə binası qarşısında federal polisə qarşı çıxış edib.

Sietldə etirazçılar polisi vağzal binasını tərk etməyə vadar edib.

Kaliforniya və Virciniya ştatlarında nümayişçilər maşınları yandırıb.

Kaliforniyanın Oakland şəhərində məhkəmə binası yandırılıb, Polis idarəsinin şüşələri sındırlıb, fişənglər atılıb.

Oakland
Oakland

Virciniyanın paytaxtı Riçmondda polis nümayişləri “qanunsuz toplaşma” adlandıraraq, etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. 5 nəfər qanunsuz toplaşma ittihamı, 1 nəfər isə talançılıq ittihamı ilə nəzarət altına alınıb.

Gorciya ştatının Atlanta şəhərində Mühacirət və Gömrük İdarəsinə vurulan ziyan araşdırılır. İğtişaşlarla bağlı hələ ki, nəzarət altına alınan yoxdur.

Sietlin polis idarəsinin rəisi Karmen Best gecə saatlarında keçirilən mətbuat konfransında insanları sülhə səsləyib.

Texasın Oustin şəhərində polisə qarşı zorakılıq nəticəsində bir nümayişçi digəri tərəfindən güllələnərək öldürülüb.

Oustin
Oustin

Kolorado ştatında bir nəfər güllə yarası alıb. Rəsmilərin dediyinə görə, nümayişçilər üzərinə maşın sürülüb.

Sietlda polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və fişənglərdən istifadə edib, 45 nəfər nəzarət altına alınıb. 20-yə qədər polis işçisi xəsarət alıb.

Şənbə günü Texasın Ostin şəhərində bir nəfər güllə atəşi nəticəsində həyatını itirib. Mediada əlində tüfəng olan bir şəxsin maşına yaxınlaşdıqdan sonra atəş açdığı bildirilir.

Kentukkinin Luisvil şəhərində bri qrup silahlı şəxs qaradərili Breonna Teylorun polis tərəfindən öldürülməsində ədalət tələb edib. Həmin qadın polisin xəbərdarlıq etmədən evinə daxil olub, onu güllələyib. Teylorun sevgilisi polisi hücumçu zənn edərək onlara birinci atəş açıb.

Luisvil
Luisvil

Tramp administrasiyasının Oreqon ştatının Portland şəhərinə federal qüvvə yerləşdirməsi vəziyyəti daha da gərginləşdirib.

Prezident Donald Trampın etirazları yatırmaq üçün şəhərə yolladığını federal agentlər irqi ayrı-seçkilik əleyhinə başlayan bəzi hallarda zorakı hal alan və hər gecə keçirilən nümayişlərdə onlarla etirazçını həbs edib.

Oreqonun demokrat liderləri bildirir ki, federal müdaxilə iki aydır davam edən böhranı daha da pisləşdirib.

Oreqonun baş prokuroru federal orqanların mübahisəsinə səbəb olmasına baxmayaraq, etirazçıları səbəbsiz həbs edən və həddindən artıq güc tətbiq edən agentləri məhkəməyə verib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG