Accessibility links

Bakıda nümayiş: Biz çoxuq, onlar azdırlar! Biz haqlıyıq, onlar haqsızdırlar! [Video]


İctimai Palata Fəvvarələr Meydanında aksiya keçirib
please wait

No media source currently available

0:00 0:08:54 0:00

İctimai Palata Fəvvarələr Meydanında aksiya keçirib

Polislər qarşıdurma şəraitində keçirilən aksiyada yüzdən çox müxalifət tərəfdarı meydanda uzaqlaşdırılıb. Onlarla fəal saxlanıb.

Bu gün Ictimai Palata Fəvvarələr Meydanında 10 dekabr- Beynəlxalq İnsan Haqları Günü münasibəti ilə aksiya keçirib. Polis qüvvələri aksiyasının qarşısını alıb.

Polislə qarşıdurma şəraitində keçirilən aksiyada yüzdən çox müx
İctimai Palatanın etiraz aksiyası
İctimai Palatanın etiraz aksiyası
alifət tərəfdarı meydandan uzaqlaşdırılıb. Onlarla fəal saxlanıb.

İctimai Palata tərəfdarları 10-50 nəfərlik qruplar şəklində Fəvvarələr Meydanının müxtəlif istiqamətlərində “İstefa!”, “Azadlıq!”, “Parlament buraxılsın!”, “Əliyevlər rejiminə yox!”, rüşəvtxorluq və korrupsiyaya qarşı mübarizə ilə bağlı şüarlar səsləndirib.

İctimai Palata Beynəlxalq İnsan Haqları Günündə Bakı şəhərində keçirdiyi etiraz aksiyasının qətnaməsini də jurnalistlər arasında yayıb.

Sənəddə deyilir: “Etiraz aksiyasının iştirakçıları 20 ilə yaxın müddətdə Azərbaycanda hakimiyyətdə olmalarına rəğmən işğal olunmuş ərazilərin bir qarışını belə azad edə bilməyən; yuxarıdan aşağı bütün səviyyələrdə rüşvətə, korrupsiyaya və talançılığa qurşanan; Gülər Əhmədovaların əli ilə xalqın səsini oğurlayaraq hərraca çıxaran; hüquq mühafizə orqanlarının rəhbərləri səviyyəsində insan oğurluğu ilə məşğul olan cinayətkar dəstələri himayə edən; əhalinin önəmli hissəsini yoxsulluq içində yaşamağa vadar edən; insan haqlarını kütləvi şəkildə və mütəşəkkil olaraq tapdalayan; daim öz siyasətində yalana və saxtakarlığa arxalanan; polis zorakılığı və repressiyalar vasitəsi ilə xalqın etiraz səsini boğan Əliyev iqtidarına qarşı olduğumuzu bildirərək tələb edirik:

1 .Saxta parlament buraxılsın. Saxtakarlıqların icrasında iştirak edən seçki administrasiyasının üzvləri və onları himayə edən məmurlar məsuliyyətə cəlb edilsin.

2. Xalqa məxsus olan sərvətlərin talanmasında və digər cinayətlərdə iştirak edən bütün məmurlar məsuliyyətə cəlb edilsin.

İctimai Palatanın etiraz aksiyası
İctimai Palatanın etiraz aksiyası
3. Bütün siyasi məhbuslar azad edilsin. İnsan haqlarının pozulmasına və repressiyalara son qoyulsun.

4. Söz azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı, digər hüquq və azadlıqlar təmin edilsin.

5. Ölkədə demokratik prosedurlara, bərabər təbliğat imkanlarına əsaslanan azad və ədalətli seçkilər keçirilsin.

Bizim bu günki aksiyamız Beynəlxalq İnsan Haqları Günü münasibəti ilə bütün dünyada keçirilən tədbirlərdən biridir. Biz bütün dünyanın demokratik ictimaiyyətini Azərbaycandakı irticaya qarşı barışmaz mövqe tutmağa, Əliyev rejiminə qarşı təzyiqləri artırmağa çağırırıq.

Biz bütün Azərbaycan xalqını ayağa qalxmağa, bir qrup cinayətkar tərəfindən zəbt edilmiş respublikamıza sahib çıxmağa çağırırıq.

Biz haqqı tapdalanan bütün vətəndaşları demokratik mübarizənin önündə gedən İctimai Palatanın bütün tədbirlərinə qoşulmağa çağırırıq.

Tələblərimiz yerinə yetirilənədək mübarizəni davam etdirəcəyimizi bəyan edirik.

Biz çoxuq, onlar azdırlar!
Biz haqlıyıq, onlar haqsızdırlar!
Biz qalib gələcəyik!”, - deyə sənəddə qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG