Accessibility links

Etiraz nümayişləri nəticəsində Sudan prezidentinin mövqeyinin yumşaldığı deyilir


ABŞ-ın bəzi müşahidəçilərinin sözlərinə görə, Sudan hökümətinin ölkədə hökümət əleyhinə çıxış edən nümayişçiləri təqdib etməsi ölkənin ABŞ-la münasibətlərini normallaşdırma səylərinə xələl gətirə bilər.

Xəbər agentlikləri və insan haqları təşkilatlarının bildirdiyinə görə, yüksək inflyasiya, artan çörək və yanacaq qiymətləri ilə əlaqədar dekabrın 19-dan başlayan etiraz aksiyalarında qanunsuz həbs və ölümlərin olduğuna dair məlumatlar var.

Ancaq Reuters xəbər agentliyi bildirir ki, son günlərdə prezident Ömər Əl-Bəşir etirazçılara qarşı daha çox uzlaşma tonu alıb və onların çoxunun kasıb, perspektivli gənclər olduğunu söyləyərək, həbs olunan jurnalistləri azad edəcəyini vəd edib.

Sudan höküməti ABŞ-ı Sudanı terrorçuluğu maliyyələşdirən dövlətlərin siyahısından çıxarmasını istəyir.

Sudan və ABŞ arasında əlaqələrin normallaşdırılması səyləri 20 ildir şimal-şərqi Afrika ölkələrinə tətbiq olunan iqtisadi sanksiyalara son verən prezident Barak Obamanın administirasiyası dövründə başladılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG