Accessibility links

İsrail ordusu nümayişə çıxan fələstinlilərə atəş açıb


İsrail ordusu nümayişə çıxan fələstinlilərə atəş açıb
İsrail ordusu nümayişə çıxan fələstinlilərə atəş açıb

Dünən Suriya, Livan və Qəzza sərhədlərində İsrail dövlətinin yaradılmasının ildönümünə etiraz edən fələstinlilərdən azı 15-i İsrail ordusu tərəfindən qətlə yetirilib. Livan rəsmiləri və şahidlərin dediklərinə görə, İsrail əsgərləri Livan sərhədindən İsrail ərazisinə keçməyə çalışanları atəşə tutarkən 10 fələstinli öldürülmüş, 50 nəfər isə yaralanmışdır. Nümayişçilər Suriya sərhədindən Qolan Yüksəkliyinə keçməyə çalışarkən də atəşə məruz qalıblar. Nəticədə 4 nəfərin öldüyü, 45-nin yaralandığı deyilir. Qəzza Zolağında da İsrail qüvvələri tərəfindən bir nəfərin öldürüldüyü, azı 60 nəfərin yaralandığı xəbər verilir.

XS
SM
MD
LG