Accessibility links

Londonda Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası


İyunun 12-də bir qrup beynəlxalq hüquq müdafiəçisi Azərbaycanın Londondakı səfirliyi qarşısında “İnsan hüquqları üçün idman” kampaniyası çərçivəsində etiraz aksiyası keçirib.

İştirakçılar Azərbaycanda siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər. Onlar əllərində hüquq müdafiəçiləri Rəsul Cəfərov, İntiqam Əliyev, Leyla Yunus, Emin Hüseynov, jurnalist Xədicə İsmayılova və Seymur Həzinin portretləri olan plakatlar tutublar.

Fəallar üzərində sözügedən şəxslərə azadlıq tələb edən şüarlar yazılan köynəklər geyib, “Tənqid cinayət deyil!” plakatını qaldırıblar.

Aksiya Avropa Oyunlarının açılışına həsr olunub.

Avropanın digər şəhərlərində də analoji aksiyaların keçirilməsi planlaşdırılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada universitet kampusuna silahlı hücum edilib - ölənlər var
please wait

No media source currently available

0:00 0:12:06 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG