Accessibility links

Etirazların koronavirusun yayılmasına səbəb ola biləcəyinə dair narahatlıqlar artır


Etirazların koronavirusun yayılmasına səbəb ola biləcəyinə dair narahatlıqlar artır
please wait

No media source currently available

0:00 0:03:05 0:00

Birləşmiş Ştatlarda böyük kütlələr etiraz etmək üçün bir araya gəldiyi bir vaxt koronavirusun yayılacağına dair narahatlıqlar artır. ABŞ-ın İllinoys ştatındakı bəzi ərazilərdə etirazlar səbəbilə koronavirus testlərinin aparıldığı mərkəzlər bağlanıb. Bu isə virusun yayılmasına qarşı mübarizədə əngəl törədib.

Northwestern Universitetinin Qlobal Sağlamlıq İnstitutunun direktoru Dr. Robert Mörfi Birləşmiş Ştatlarda etirazların keçirildiyi vaxt insanların ölkənin təhlükəli pandemiyaya qarşı mübarizə apardığını unutduqlarını düşünür.

“COVID siyasətlə maraqlanmır. O, bir insandan başqasına yoluxmağı sevir. Buna görə də, siz özünüzü riskə atırsınız,” o deyir.

Çikaqonun meri Lori Laytfut da etirazların davam etməsinə baxmayaraq koronavirusun yayılmasının qarşısını almaq məqsədilə mart ayından bəri tətbiq olunan məhdudiyyətləri aradan qaldırmaq planlarını açıqladığı gün açıqlamasında buna bənzər fikrilər səsləndirib.

“Bu risk gerçəkdir. Bu risk mövcuddur. Və yaxın gələcəkdə bizimlə olacaq. Siz təkcə özünüzü qorumaq üçün deyil, həm də ətrafınızdakı, evinizdəki insanları qorumaq üçün ehtiyat tədbirləri görməlisiniz, çünki indi sizin COVID-19-a yoluxma riskiniz daha yüksəkdir,” o deyib.

“Bu bizi geriyə doğru aparır. Ümid etdiyimiz kimi virusu nəzarət altına almaq əvəzinə, indi koronavirus halları ya eyni qalacaq ya da həta bir az da artacaq”, Dr. Robert Mörfi deyir.

Zorakılıqların artmaq riski səbəbilə İllinoysun İctimai Sağlamlıq Departamenti COVID-19 testi keçirən mərkəzləri bağlayıb. Bu isə test nəticələrinin əldə olunmasında ləngimələrə səbəb olub və tibbi icmanın virusun yayılmasına nəzarət etmək imkanlarına maneə törədib.

“Təsdiq olunan yoluxma hallarında azalma müşahidə olunancaq, çünki hazırda əvvəlki qədər insanı test etmirik. İnsanlar bayıra çıxamaqdan qorxur. Şəhərin mərkəzinə yaxınlaşa bilmirsən. İnsanlar hər zamankından daha çox evqə qalır,” Dr. Mörfi söyləyir.

Rush Universitetinin Tibb və Yoluxucu Xəstəliklər üzrə professoru Dr. Maykl Lin deyir ki, etirazlar azalandan sonra test imkanları əvvəlki səviyyəyə dönəcək, lakin bu etirazların virusun yayılmasına təsirlərini anlamaq bir az vaxt alacaq.

“Əgər hər hansı artım baş versə, bu, etirazlardan bir-iki həftə sonraya təsadüf edəcək, çünki virusun inkubasiya edib, simptomlarını biruzə verib və inasnların müalicəyə ehtiyac duyacağı dərəcədə kəskin olması bir-iki həftə vaxt aparır,” o bildirir.

Dr. Lin həmçinin deyir ki, virusun təkcə etirazçılar arasında yayılmaq ehtimalı var.

“Bağlı məkan əvəzinə açıq məkanda olmaq əslində virusu ələ almaq baxımından bizim üçün müsbət bir haldır. Çünki biz bilirik ki, virus daha çox havalandırmanın zəif olduğu bağlı məkanlarda yayılır. Açıq məkanlarla yolxuma riski daha az ola bilər. Günəşli havalarda ultra-bənövşəyi şüalar da virusu öldürə bilər. Amma yolxuma ilə bağlı nə isə demək çox çətindir,” Dr. Maykl Lin deyir.

Nümayişlərin videolarında insanların hamısının olmasa da, əksəriyyətinin maska taxdığı göstərilir ki, bu da mikrobların havaya buraxılmasının qarşısını ala bilər.

“Maska hər kəs onu taxdığı zaman nəticə verir,” Dr. Robert Mörfi deyir.

ABŞ-da koronavirusa yoluxma halları iki milyona yaxınlaşdığı bir vaxt bəzi amerikalılar sağlamlıq risklərini nəzərə alaraq nümayiş etmək haqlarından istifadə edir. Bu arada rəy sorğuları əksəriyyətin COVID-19-un qarşısını almağı prioritet olaraq gördüklərini göstərir.

XS
SM
MD
LG