Accessibility links

2019 - Etirazlar ili


2019 - Etirazlar ili
please wait
Embed

No media source currently available

0:00 0:02:57 0:00

Ötən il Honq Konqdan tutmuş Çiliyə, Sudandan tutmuş İrana qədər dünyanın bir çox guşələrini etirazlar bürüdü. 10-dan çox ölkənin vətəndaşları etirazlarını bildirmək üçün küçələrə çıxdı və bir çoxları nəticəyə nail ola bildi.

Fransada etirazçılar sarı rəngli gödəkçələrini geyinib daha yaxşl əmək haqqı və bahalaşmaya son qoyulmasını tələb etdilər. Sudanda xalq bir diktatorun 40 illik soyqırımmı rejimini alt-üst etdi.

Haitidə etirazçılar prezidentin istefasını və korrupsioner məmurların mühakimə olunmasını tələb etdilər. Honq Konqda Çin rəsmilərinin ekstradisiya qanuna qarşı başlayan etirazlar vüsət alaraq demokratiya da daxil olmaqla daha çox tələbləri əhatə etdi. “Yaşlı nəsil bəşəriyyətin üzləşdiyi ən böyük böhranın öhdəsindən gələ bilmədi" deyə, etirazçılardan biri bildirir.

Hətta məktəb uşaqları böyüklərdən planetə daha yaxşı qayğı göstərmələrini tələb etmək üçün küçələrə çıxdı.

İraq, Livan, Ekvador küçələrində, İranda belə insanlar küçələrə çıxıb “Yetər!” deyərək, iqtisadiyyatda islahatlar tələb etdilər.

BMT-nin baş katibi hökumətləri vətəndaşlarının əsl problemlərini dinləməyə çağırdı. Antonio Quterres: “İnsanlar və siyasi elitalar arasında etimadsızlıq və sosial kontrakta təhlükə artır. Dünya eyni zamanda qloballaşmanın və cəmiyyətlər arasında bərabərsizliyi artıran yeni texnologiyaların təsirləri ilə ayaqlaşmağa çalışır."

Buna cavab olaraq bəzi hökumətlər şikayətləri həll etməyə çalışdığı halda digərləri hakimiyyətdə qalmaq üçün zorakılığa əl atdı. İraq və İranda yüzlərlə etirazçı aqressiv təhlükəsizlik qüvvələri tərəfindən öldürüldü.

Bəzi ölkələrdə etirazlar dinc şəraitdə keçsə də, Fransa, Çili, Ekvador, Boliviya və Honq Konqda zorakılıqlar və dağıntılar oldu. Human Rights Watch-dan Lui Şarbone: "Onların dinc etiraz etmək hüququ var. Təəssüf ki, hökumətlər bir çox hallarda ifrat güc tətbiq edərək insanları həbs edir, bəzən hətta öldürür. Bu, qanunsuzluqdur. Qətllərə cavabdeh olanlar məsuliyyətə cəlb edilməlidir. Bununla yanaşı etirazçılar da məsuliyyətli davranmalıdırlar. "

Bütün etirazların ortaq cəhətlərindən biri də münasibətdə dəyişiklikdir. Rutgers universitetinin professoru Ömər Devaçi: "Bu yerlərin bir çoxunda gördüyümüz əsas şey qorxu baryerinin qırılmasıdır. İnsanlar indi küçəyə çıxmaqdan və bu siyasətçiləri tənqid etməkdən çəkinmirlər. Bu, əvvəllər qadağan idi."

Devaşi deyir ki, xalqın gücündən qorxan indi siyasətçilərdir. Həm də güc qüdrətli ünsiyyət vasitəsi olan sosial mediadan ilham alır.

XS
SM
MD
LG