Accessibility links

Nazirlik xəbərdarlıq edir: 40-42 dərcə isti olacaq


İsti hava
İsti hava

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyulun 19-da Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şərq, cənub-şərq küləyi əsəcək. Gecə 22-25, gündüz 34-39 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-27 dərəcə isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, iyulun 19-dan 23-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 34-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Tibbi-meteoroloji xəbərdarlığa görə, iyulun 23-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və arabir durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir, bu da əksər əhali üçün əlverişsizdir. Uzun müddət günəş altında olmaq məsləhət deyil.

Azərbaycanın rayonlarında da hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək. Gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq edir ki, iyulun 23-dək ölkə ərazisində havanın maksimal temperaturu 35-40, Naxçıvan Muxtar Respublikası və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42, dağlıq rayonlarda 28-33 dərəcə isti olacaq.

XS
SM
MD
LG