Accessibility links

Yekan bölgəsinin ətraf mühit fəalları Mərənd Ettelaat İdarəsinə çağırılıb


Yekan Mərənd bölgəsi əhalisinin Qaladağı bölgəsinin təbiətinin məhv edilməsinə etirazından sonra təhlükəsizlik qüvvələri bəzi etirazçıları istintaq üçün Ettelaat İdareəsinə çağırıblar.

Mərənd Ettelaat İdarəsinə çağırılan etirazçılara "Aşıq Əli Abidin, Məhəmməd Xızırlı, Musa Nəzəri və Əbülfəz Fərz Əlizadə" daxildir.

Şərqi Azərbaycanın Yekan sakinləri sentyabrın 9-da bölgənin təbiətinin məhv edilməsinə və indiyə qədər bölgə əhalisinə heç bir qazancı olmayan Yekan mis mədəninin ifrat istismarına qarşı etiraz aksiyası keçirməyə başlayıblar. Həmin etirazlar ardıcıl şəkildə davam edib.

Aksiya iştirakçıları üzərində "Qaladağını viran etməyin" və "Qaladağı qəlbimizdir, qəlbimizi viran etməyin" şüarları yazılmış plakatlarla mis mədəninin fəaliyyətinə son verilməsini tələb ediblər.

Yekan mis mədəni Şərqi Azərbaycan vilayəti və Mərənd rayonunun Yamçı hissəsində yerləşir. Mədən 32 min ton mis ehtiyatına malikdir.

XS
SM
MD
LG