Accessibility links

Avropa Birliyi Krımın ilhaqını tanımadığını bir daha təsdiq edib


Avropa Birliyi bu gün bir daha bildirib ki, qurum Krımın keçən il Rusiya tərəfindən ilhaqını tanımır. AB yarımadada insan haqlarının pozulması hallarının artdığını da bildirib.

Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə rəhbəri Federika Moqerini bügünkü bəyanatında ilhaqın beynəlxalq qanuna zidd olduğunu deyib və əlavə edib ki, regionda hərbi qüvvələrin artırılması Avropa Birliyini narahat edir.

Bu arada Ukraynanın şərqindəki üsyana son qoymaq üçün Qərbin hərbi yardımına ehtiyacı olan prezident Petro Poroşenko bu gün Berlində Almaniya kansleri Angela Merkellə danışıqlar aparıb.

Bu həftənin sonu isə Avropa Birliyi liderlərinin Brüsseldə keçiriləcək görüşü zamanı keçən ilin aprel ayından bəri 6 min insanın ölümü ilə nəticələnən müharibəni dəstəklədiyi üçün Moskvaya qarşı qoyulan sanksiyalar barədə müzakirələr aparılacaq.

XS
SM
MD
LG