Accessibility links

Avropa İttifaqının müdafiə nazirləri Ukraynaya döyüş sursatı yardımı məsələsini nəzərdən keçirir


Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri çərşənbə günü Stokholmda toplaşaraq, gündəmdəki Ukrayna qüvvələrini daha çox döyüş sursatı ilə təmin etmək məsələsini müzakirə ediblər.

İclasdan əvvəl jurnalistlərə açıqlama verən Estoniyanın müdafiə naziri Hanno Pevkur Aİ ölkələrini Ukraynaya sursat almaq üçün pul ayırmalarına çağıraraq, bu səylərin sənayenin potensialını artıracağını və gələcəkdə Aİ təhlükəsizliyinə yardım edəcəyini deyib.

Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Cosep Borrell jurnalistlərə bildirib ki, Aİ üzvləri müdafiə sənayesi potensialını genişləndirmək üçün birgə səylərlə yanaşı, qısa müddətdə mövcud ehtiyatlarından Ukraynanı tez bir zamandai sursatla təmin etməlidir. Borrell hazırda mövcud olanların göndərilməsinin bir neçə həftə ərzində həyata keçirilə biləcəyini deyib.

"Məsələ Ukraynanın müdafiəni davam etdirməsi üçün sursatla necə təmin olunmasıdır" - deyə, Borrell bildirib.

Ukrayna müttəfiqlərindən daha çox 155 millimetrlik artilleriya mərmisi vermələrini xahiş edib.

NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə günü jurnalistlərə "Orada böyük tələbat var. Mövcud sursat istehsalının sürəti ilə müqayisədə cari istehlak nisbəti dayanıqlı deyil və buna görə də istehsalı artırmalıyıq" deyib.

Rusiyanın muzdlulardan ibarət "Vaqner" qrupunun rəhbəri Yevgeni Priqojin çərşənbə günü bölmələrinin Baxmut şəhərinin şərq hissəsinin nəzarətini ələ keçirdiyini bildirib. Rusiya aylardır Ukraynanın şərqindəki Donetsk vilayətindəki şəhəri ələ keçirməyə çalışır.

Priqojin bildirib ki, "Vaqner" qüvvələri Baxmutka çayının şərqindəki bütün ərazilərə nəzarət edir ki, bu da şəhərin təxminən yarısını deməkdir.

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun çərşənbə axşamı bildirdiyinə görə, Baxmutun ələ keçirilməsi regionda gələcək hücum əməliyyatlarına başlamaq üçün çox vacibdir.

XS
SM
MD
LG