Accessibility links

Aİ nazirləri miqrantlarla bağlı yeni plan qəbul edib


Avropanın daxili işlər nazirləri İtaliya və Fransa arasında qaçqınları xilas edən gəmi ilə bağlı qəzəbli mübahisədən sonra cümə günü Aİ-nin miqrantların gəlişinin daha yaxşı idarə olunmasına dair planını alqışlayıb.

Fransa İtaliyanı bu ayın əvvəlində qeyri-hökumət təşkilatının idarə etdiyi gəmini geri çevirərək, dəniz qanunlarına hörmək etməməkdə ittiham edib. Bu, Brüsseldə məsələ ilə bağlı böhran danışıqlarının keçirilməsinə səbəb olub.

Bütün tərəflər görüşü məhsuldar adlandırıb, ancaq Aİ prezident ölkəsi olan Çexiyanın daxili işlər naziri Vit Rakusan daha sonra deyib ki, bütün iştirakçılar razılaşıb ki, uzunmüddətli həll yolu tapmaq üçün “daha çox şey edilə bilər və edilməlidir.”

Nazirlər “çətin müzakirələri” davam etdirmək üçün dekabrın 8-də bir daha bir araya gələcək.

“Bizim avropalı həyat tərzimizi təbliğ etmək”də cavabdeh olan Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinas deyib ki, Avropa artıq başqa bir ad hoc həll yolu ilə kifayətlənə bilməz.

Sığınacaq axtarışında olan miqrantların sayı hələ də 2015 və 2016-cı illə müqayisədə çox aşağıdır, ancaq bu mübahisə gələn miqrantları 27 üzvlük ittifaqa bərabər şəkildə bölüşdürülməsi ilə bağlı razılığa xələl gətirib.

Brüssel illərdir miqrantlar və sığınacaq axtaranlar üçün məsuliyyətin bölüşdürülməsi ilə bağlı yeni siyasətlə bağlı razılığa gəlmək və həyata keçirmək üçün mübarizə aparır, lakin son mübahisə bu məsələni yenidən gündəmə gətirib.

Bu ayın əvvəlində İtaliyanın ultra solçu lideri Corcia Meloninin yeni hökuməti altında içində Aralıq dənizində xilas olunan 234 miqrantın olduğu Norveç bayrağı altında üzən gəminin limana yaxınlaşmasına icazə verməyib.

Ocean Viking adlı gəmi daha sonra Fransaya doğru irəliləyib və orada rəsmiləri Romanın mövqeyinə qəzəbli reaksiya verərək, daha öncə İtaliyada ilişib qalan 3500 miqrantı qəbul etmək razılığını dayandırıblar.

Bu isə Aİ-nin müvəqqəti həll yoluna xələl gətirib və Parisin cümə günü 27 üzv ölkənin daxili işlər nazirlərinin fövqəladə iclasını keçirməsinə səbəb olub.

XS
SM
MD
LG