Accessibility links

Aİ Rusiyanın Ukraynaya qarşı cinayətləri ilə bağlı xüsusi məhkəməni nəzərdən keçirir


Avropa Komissiyasının sədri Ursula fon der Leyen noyabrın 30-da Rusiyanın Ukraynaya qarşı cinayətlərini təqib etmək üçün xüsusi məhkəməyə çağırıb.

Fon der Leyen "Rusiyanın təcavüz cinayətini araşdırmaq və mühakimə etmək" üçün Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənən məhkəmə keçirməyi təklif edib.

O, həmçinin bildirib ki, Rusiya və rus oliqarxları fevral ayında Ukraynaya hücum etdikdən sonra Rusiya qüvvələrinin vurduğu ziyandan Ukraynanı bərpa etmək üçün xərcləri ödəməlidir.

"Rusiyanın dəhşətli cinayətləri cəzasız qalmayacaq" - deyə, fon der Leyen qeyd edib.

O, NATO xarici işlər nazirlərinin Rumıniyada münaqişə və Ukraynaya dəstəyin müzakirə olunduğu görüşlərin son günündə bu haqda danışıb.

NATO-nun baş katibi Yens Stoltenberq noyabrın 29-da deyib ki, Ukrayna bir gün Qərb hərbi alyansına qoşulacaq. Bu, Rusiya prezidenti Vladimir Putin üçün birbaşa çağırış olacaq.

"NATO-nun qapısı açıqdır" deyən Stoltenberq Ukraynanın üzvlüklə bağlı ilk dəfə 2008-ci ildə qəbul edilmiş, lakin o vaxtdan bəri dayandığı öhdəliyi təzələyərək bildirib. O, Şimali Makedoniya və Monteneqronun bu yaxınlarda Qərbin İkinci Dünya Müharibəsindən sonrakı əsas hərbi ittifaqına qoşulduğunu və İsveç və Finlandiyanın da yaxın vaxtlarda bunu edəcəklərini qeyd edib.

Stoltenberq bildirib ki, "Rusiyanın ölkələrin qoşulmasına veto qoymaq hüququ yoxdur. Biz Ukraynanın üzvlük məsələsində də bunun tərəfdarıyıq".

"Prezident Putin Rusiya üçün təhlükə olmayan suveren xalqların öz suveren qərarlarını qəbul etmələrinin qarşısını ala bilməz. Düşünürəm ki, onun qorxduğu şey demokratiya və azadlıqdır və bu, onun üçün əsas problemdir" - deyə, Norveçin keçmiş baş naziri bildirib.

XS
SM
MD
LG