Avropa İttifaqı cümə günü bildirib ki, Rusiyaya qarşı müharibəsinin iki ili tamamladığı bir vaxtdaUkraynanın dəstək çağırışlarına cavab olaraq sursat istehsalını artıracaq.
Avropa İttifaqının daxili bazar üzrə komissarı Tierri Breton, ilin sonuna qədər Aİ-nin ən azı 1,3 milyon patron istehsal edə biləcəyini bildirib.
“Biz Avropada kollektiv təhlükəsizliyimiz üçün həlledici məqamdayıq və Rusiyanın Ukraynada apardığı işğalçılıq müharibəsində Avropa Ukraynaya bütün imkanları ilə dəstəkləməlidir və dəstəkləyəcək,” Breton Estoniyaya səfəri zamanı jurnalistlərə deyib.
Bu açıqlama NATO, Ukraynadakı müharibənin baqa Avropa ölkələrinə yayıla biləcəyinə dair narahatlıqlar fonunda, gələn həftə başlayacaq hərbi təlimlərə hazırlaşdığı bir vaxta təsadüf edir.
“Biz Kremldən hər gün təhdidlər eşidirik - ən sonuncu bizim Baltikyanı dövlətlərdəki dostlarımıza qarşı edilib,” Almaniyanın müdafiə naziir Boris Pistorius cümə günü Tagesspiegel qəzetinə bildirib.
Gələn həftə NATO Soyuq müharibə bitəndən bəri ən böyük hərbi təlimlərini keçirəcək. May ayına qədər davam edəcək The Steadfast Defender 2024 döyüş oyunlarının məşqində 31 NATO üzvü və İsçveçdən təxminən 90 min qoşun iştirak edəcək.
“Biz anlamalıyıq ki, bizim sülh içində olduğumuz bir fakt deyil,” NATO-nun hərbi komitəsinin sədri niderlandlı admiral Rob Bauer bu həftə Brüsseldə ordu rəhbərlərinin görüşü zamanı deyib. “Gözlənilməyəni gözləyin.”
Bundan əlavə cümə günü Beynəlxalq Atom Enerjisi Agentliyi bildirib ki, Rusiya Zaporijjya Atom Elektrik Stansiyasını minalarla əhatə edib.
Agentlik açıqlamasında bildirib ki, noyabr ayında yığışdırılan minalar “təkrar yerindədir.” O deyib ki, bu, “BAEA-nın standartlarına uyğun gəlmir.”
2022-ci ildən əraziyə nəzarət edən Rusiya da BAEA ekspertlərinin zavodun bəzi ərazilərinə daxil olmalarına icazə verməyi rədd edir.
“Nüvə təhlükəsizliyinə nəzarət etmək bu çıxışa ehtiyac var” - deyə, məlumatda bildirilir.
Forum