Avropa ölkələrindən biri Rusiyanın hərbi təcavüzünə qarşı mübarizə aparan Ukrayna silahlı qüvvələri üçün Belçikaya məxsus işlənmiş onlarla "Leopard 1" tankı alıb.
Bu barədə məlumatı silahları satan mənbə verib.
"OIP Land Systems" müdafiə şirkətinin rəhbəri Freddi Versluys bu tankları beş il əvvəl Belçika hökumətindən alıb.
O, Reuters agentliyinə 50 tankın hamısını başqa bir Avropa dövlətinə satdığını desə də, məxfilik səbəbindən həmin ölkənin adını açıqlamayıb.
Onun sözlərinə görə, alqı qiymətini də deyə bilməz.
Bu arada, Handelsblatt qəzeti mənbələrə istinadən xəbər verib ki, Almaniyanın "Rheinmetall" konserni Belçikadan 50 ədəd "Leopard-1" tankı alıb və onların bir qisminin Ukraynaya təhvil verilməsi planlaşdırılır.
Qəzetin məlumatına görə, tanklar yenidən təmir ediləcək və sonra onlardan 30-u Ukraynaya veriləcək.
Forum