Accessibility links

Avropa İttifaqı Rusiyanın qazı kəsməsı təhlükəsi fonunda üzv ölkələri qazdan istifadəni azaltmağa çağırır


Avropa İttifaqına üzv dövlətlərin bir çoxunu evlərini qızdırmaq və zavodları elektrik enerjisi ilə təmin etmək üçün Rusiyanın təbii qaz nəqlini dayandıra biləcəyi ehtimalı düşündürür.

Avropa İttifaqı Komissiyası çərşənbə günü yaydığı bəyanatında ölkələri könüllü olaraq istehlaklarını azaltmağa çağırıb və fövqəladə hallarda ittifaqa endirimlər tətbiq etmək səlahiyyəti vermələrini istəyib.

Məqsəd avqustdan martın sonuna qədər olan tələbatı 15% azaltmaqdır.

"Rusiya bizi şantaj edir. Rusiya enerjidən silah kimi istifadə edir. Ona görə də istənilən halda, istər Rusiya qazının qismən, istərsə də tamamilə kəsilə biləcəyinə Avropa hazır olmalıdır" - deyə, Avropa İttifaqı Komissiyasının sədri Ursula Fon Der Leyen bildirib.

Fevralın sonunda Rusiya Ukraynaya hücuma başladıqdan sonra Avropa İttifaqı ölkələri Rusiya kömürünün və əksər Rusiya neftinin idxalını dayandırıb. Blok digər qaz mənbələri tapmağa çalışır. Eyni zamanda Rusiya təchizatından asılılıqdan çıxmaq üçün alternativ enerji mənbələrini artırmaq planlarını gücləndirib.

Lakin bu səylərin qışda enerji tələbatını ödəyəcəyi gözlənilmir.

Avropa İttifaqı Komissiyasının bəyanatında insanlar enerjiyə qənaət etməyə çağırılıb və bildirib ki, digər yanacaqlardan istifadə qışda qaza daha çox qənaət edəcək.

"İndi fəaliyyət göstərmək daha sonra böhran vəziyyətində planlaşdırılmamış hərəkətlərdən qaçmaqla ÜDM-in mənfi təsirini azaldacaq. İlkin addımlar, həmçinin səyləri zamanla genişləndirir, bazar narahatlıqlarını və qiymət dəyişkənliyini azaldır və sənayeni qoruyan məqsədyönlü, qənaətcil tədbirlərin daha yaxşı dizaynına imkan verir" , bəyanatda deyilir.

Avropa İttifaqı üzvləri gələn həftənin çərşənbə axşamı keçiriləcək iclasda tələbləri nəzərdən keçirməyə hazırlaşır.

XS
SM
MD
LG