Avropa Komissiyası Prezidenti Ursula vor der Leyen Kyivdə səfərdədir. Onun səfəri Avropa İttifaqı Ukraynanın blokla üzvlük danışıqlarına başlamaq üçün lazımi addımları yerinə yetirməkdə irəliləyişini elan edəcəyi gözlənilən gündən bir neçə gün öncəyə təsadüf edir.
Ukrayna Rusiyanın 2022-ci ilin fevralında hərbi müdaxiləsindən günlər sonra Aİ-nin üzvü olmaq üçün müraciət edib.
Üzvlük prosesi adətən bir neçə il çəkir, ancaq Ukrayna Rusiyanın işğalına qarşı döyüşdüyü bir vaxtda Aİ-na üzvlüyü zəruri hesab edir və mümkün qədər tez bloka qoşulmaq istəyir.
Aİ-nin çərşənbə günü Ukraynanın dekabrda başlayacaq qrupla üzvlük danışıqlarına başlaya bilib-bilməyəcəyini elan etməyə hazırlaşır.
ABŞ sanksiyalarına görə minnətdarlıq
Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı gündəlik müraciətində deyib ki, o, Birləşmiş Ştatkara “aqressiya üzərində çalışan” 220-dən çox quruma “yeni və çox güclü sanksiyalara” görə minnətdadır.
ABŞ cümə axşamı Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən Rusiyaya Ukraynaya hərbi müaxiləsi üçün zəruri olan alət və avadanlıqları almağa yardım edən 100-dən çox insan və firmaya sanksiyalar tətbiq edib.
Zelenski deyib ki, hər bir sanksiya “tam şəkildə işləməlidir ki, Rusiyanın sanksiyalardan yan keçmə şansı olmasın.” “Sanksiyaların gücü dünyanın gücüdür,” Zelenski deyib.
Rusiyanın atəşi nəticəsində iki mülki şəxs həlak olub
Yerli hökumətin bildirdiyinə görə, Rusiyanın Ukraynanın cənubundakı Xerson vilayətinə açdığı atəş nəticəsində cümə axşamı 81 yaşlı qadın və 60 yaşlı kişi həyatını itirib.
Qubernator Oleksandr Prokudinin deyib ki, Rusiyanın Xerson ərazisindəki kəndi hədəf aldığı Rusiya artilleriyası iki mülki şəxsi öldürüb. Hücumlarda dörd nəfər yaralanıb, binalar zədələnib.
Forum