Accessibility links

Avropa İttifaqı xarici işlər nazirlərinin Kyivdə görüşü keçirilib


Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri bazar ertəsi ilk dəfə olaraq görüşü blokdan kənarda keçirib. Görüş Ukraynanın paytaxtında baş tutub. Aİ nazirləri Slovakiyada keçirilən seçkilərdə rusiyapərəst namizəd qalib gəldikdən və Konqresin Kyivə maliyyə dəstəyini müvəqqəti olaraq təsdiqini saxlamasından sonra ölkəyə dəstək nümayiş etdirib.

"Biz Avropa İttifaqı xarici işlər nazirlərinin tarixi toplantısını burada, Avropa İttifaqına namizəd və gələcəkdə üzv olacaq Ukraynada keçiririk. Biz Ukrayna xalqına həmrəyliyimizi və dəstəyimizi ifadə etmək üçün buradayıq", Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell sosial mediada açıqlamasında yazıb.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin görüşünə blokun "gələcək sərhədləri" adlandırdığı Kyivdə ev sahibliyi etməkdən qürur duyduğunu bildirib.

Vaşinqton Konqres hökumətin bağlanmasının qarşısını almaq üçün həftə sonu əldə olunan qısamüddətli büdcə layihəsində Ukraynaya dəstəyi istisna etsə də, Ukraynaya güclü hərbi və siyasi dəstəyin dəyişməz olraq qaldığında israr edir.

Keçmiş prezident Donald Trampın Nümayəndələr Palatasındakı tərəfdarları Ukraynaya maliyyə ayrılmasına son qoyulmasına çağırışları artırsalar da, prezident Co Baydenin administrasiyası Nümayəndələr Palatasının yardımı davam etdirmək üçün hərəkətə keçəcəyini gözləyir.

Bazar günü Bayden Konqresdəki Respublikaçılardan Ukraynaya yardımı dəstəkləmələrinini istəyib.

Ukraynanın xarici işlər naziri jurnalistlərə Kyivin ABŞ-ın dəstəyinə arxayın olaraq qaldığını deyib.

"Biz ABŞ-ın dəstəyinin zəiflədiyini hiss etmirik, çünki Birləşmiş Ştatlar təkcə Ukrayna deyil, ortada daha çox şeyin olduğunu başa düşür" - deyə, Dmitri Kuleba bildirib.

Slovakiyada sentyabrın 30-da keçirilən növbədənkənar parlament seçkilərində rusiyayönlü siyasətçi Robert Fitsonun "İstiqamət - Sosial Demokratiya" (SMER) partiyası çoxluq əldə edib. Onun seçkiqabağı kampaniyası Slovakiya ehtiyatlarından Ukraynaya sursat göndərməməyə çağırıb.

"Biz Ukraynaya humanitar şəkildə yardım etməyə hazırıq. Biz dövlətin bərpasına da yardım etməyə hazırıq, lakin Ukraynanın silahlanması ilə bağlı bizim mövqeyimizi bilirsiniz", Fitso qələbədən sonra mətbuat konfransında deyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG