Accessibility links

Avropa İttifaqı bu gün İrana qarşı yeni sanksiyalar paketini qəbul edib


Yeni sanksiyalar ölkənin xarici ticarət, bank və mənfəətli enerji sahələrini hədəfə alıb

Avropa İttifaqı bu gün İrana qarşı yeni sanksiyalar paketini qəbul edib. Yeni sanksiyalar ölkənin xarici ticarət, bank və mənfəətli enerji sahələrini hədəfə alıb. Bu, İranın mübahisəli nüvə proqramının qarşısını almaq üçün beynəlxalq cəmiyyət tərəfindən görülən bir sıra tədbirlərin ən sonuncusudur. Avropa İttifaqının sanksiyaları İranın gəlirli neft və qaz sənayelərinə sərmayə və ticarəti cilovlamaq məqsədi daşıyır. İranın daşınma və hava yolları şirkətlərinin Avropa İttifaq ölkələrindəki fəaliyyətləri qara siyahıya salınaraq qapanılacaq. Avropa İttifaqının yeni tədbirləri, İranın uranı artırma proqramını dayandırmaq təklifini rədd etdiyinə görə ötən ay BMT Təhlükəsizlik Şurası tərəfindən dördüncü round sanksiyalar tətbiqindən sonraya təsadüf edir. ABŞ və başqa ölkələr inanırlar ki, İran qeyri-hərbi nüvə proqramı örtüyü altında özünün nüvə silahını inkişaf etdirir. İran isə ittihamları rədd edir.

XS
SM
MD
LG