Accessibility links

Evdə qalın


Evdə qalın
please wait
Embed

No media source currently available

0:00 0:01:59 0:00

Nyu-York şəhəri ABŞ-da koronavirusun episentrinə çevrilib. Bir çox biznes bağlanıb, sosial məsafə saxlanılır, toplantılar qadağan edilib.

Amerikanın həkim, tibb bacıları və digər tibb işçilərini təmsil edən aparıcı tibbi və sağlamlıq təşkilatları, habelə xəstəxanalar ictimaiyyətə evdə qalmaq çağırışı ilə açıq məktub ünvanlayıb.

Bildirilib ki, virusun yayılmasının qarşısı bu yolla alına bilər. Bu praktika insanları digərlərinin əl vurduğu yerlərə əl vurmaması ilə virusun yayılmasına mane ola biləcəyi deyilir.

“Bakteriya hər yerdə var. Əgər əllər yeməkdən öncə yuyulmayıbsa və ya virusun olduğu yerlərə əl vurulubsa, xəstələnmə ehtimalı yüksəkdir. Viruslar həftələrlə əşyalar üzərində qala bilir. Bunun üçün yediyiniz yer təmiz saxlanmalıdır” - deyə, Klivlend klinikasından doktor Dan Allan bildirib.

ABŞ-ın Milli Səhiyyə İnstitutu koronavirusun 3 saatdan bir neçə günədək səthlərdə qaldığını bildirir. Əgər lift düyməsi, eskalator tutacağı və ya məhəccərlərə əl vurulursa, virusa əllə yoluxula bilər.

"Əllə toxunulan hər şey yoluxucu ola bilər. Xəstəliklərin çoxu əllərlə yayılır. Üzə əl dəymədən və yeməkdən əvvəl müəyyən bir müddət lazımı qədər sabunla əl yuyulması, sanitayzerlərdən istifadə kifayət edə bilər” , doktor Allan əlavə edib.

Həkimlər virusun yayılmasına mane olmaq üçün öskürərkən ağızların dirsək arası ilə bağlanmasını məsləhət görür. Lakin bu da virusun paltara keçərək yayılmasına səbəb ola bilər.

Bu virus xəstəxanalardansa, insanların çox toplaşdığı retoran kimi yerlədə daha çox yayılır.

Məsafə saxlamaq, səthlərin dezinfeksiyası və tez-tez əl vurulan yerlərin təmizlənməsi olduqca mühümdür. Kompüter kibordlarının təmiz saxlanması, göz, ağız və buruna əl dəyilməməsi ilə virusun digərlərinə keçməsinin qarşısı alına bilər.

Səhiyyə təşkilatları bildirir ki, insanları koronavirusa yoluxmadan qorunmaq səyləri ilə bərabər amerikalılar da öz paylarına düşənləri yerinə yetirməlidir.

XS
SM
MD
LG