Accessibility links

Evdən işləməyin bədəli olacaq


Evdən işləməyin faydalarına ofisə getmək üçün uzun məsafə qət etməkdən yayınmaq və daha yaxşı iş-həyat balansına sahib olmaq daxildir. Lakin Milli İqtisadi Araşdırma Bürosunun apardığı araşdırmanın nəticələri göstərir ki, işçilər bu imtiyaz üçün, sözün əsl mənasında, pul ödəyirlər.

“İnsanlar evdən işləməyə yer ayırmalı olacaqlar. Pandemiyadan öncə balaca evlərdə yaşayan insanlar üçün isə uzun-müddətli bir həll yolu tapmaq real deyildi, bu isə o deməkdir ki, insanlar daha böyük evlərə köçməyə ehtiyac duydular.”

Tədqiqatçılar bu nəticələrə gəlmək üçün ABŞ-ın Siyahıyaalma Bürosundan məlumatları təhlil ediblər. Onlar belə nəticəyə gəliblər ki, 2013-cü illə 2017-ci ildə arasında ailə üzvlərindən azı biri evdən işləyən ailələr evdən işləmək üçün istifadə etdikləri əlavə otaq üçün orta hesabla daha çox kirayə və ya ipoteka ödəyiblər.

“Ayda kirayəyə 1000 dollar xərcləyən ailə artıq 1070 dollar xərcləyirdi. Bu orta hesabla 7 faiz artım deməkdir,” Stanton bildirir.

Tədiqatçılar təxmin edir ki, pandemiyadan əvvəl ofisdə işləyən insanların təxminən 10 faizi bundan sonra daimi olaraq evdən işləyə bilər. Upwork-un bu yaxınlarda keçirdiyi rəy sorğusunun nəticələri 2025-ci ilədək 36 milyon amerikalının uzaqdan işləyəcəyini (bu da pandemiyadan öncəki göstəricilərlə müqayisədə 87 faiz artımdır) və bu işçilərin əlavə xərclərinin olacağını təxmin edir.

Bu əlavə xərcləri yüksək gəlirli ailələrin qarşılaması asan olsa da, daha az pul qazanan işçilər üçün bu, böyük bir yükdür.

“Uzaqdan işləyən ailə üzvlərinin olduğu həmin ailələrin məişət xərclərində uzaqdan işləyən insanların olmadığı ailələrlə müqayisədə 20 faizlik artım ola bilər. Bu da gəlir bölgüsünün aşağı həddində olan ailələr üçün çox böyük bir rəqəmdir,” Stanton bildirib.

Lakin işçilər bu xərclərin bir hissəsini qarşılamaq üçün işəgötürənlərdən bir az yardım ala bilərlər.

“Mən düşünürəm ki, bəzi firmalar bu xərclərin bir hissəsini ödəyəcək və ofis xərclərindən qənaət etdikləri pulun bir hissəsini artan ev xərclərini qarşılamaq üçün işçilərə verəcək,” Stanton deyib.

Firmaların adekvat ev ofislərinin yüksək məhsuldarlıqla nəticələndiyini görməsi onları həvəsləndirə bilər.

“Məncə kiçik yerlərdə erqonomik olmayan ofis şərati uzun müddətdə yorğunluğa və işçilərin daha az səmərəli olmasına gətirib çıxaracaq. Ona görə də mən düşünürəm ki, işəgötürənlər insanların ev ofislərinin nisbətən yaxşı olduğundan əmin olmaq istəyəcəklər,” Stanton bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG