Accessibility links

Everest zirvəsində yaranan tıxac səbəbilə ölənlərin sayı artıq 10 nəfərdir


Everest zirvəsinə qalxan yolda onlarla dağadırmaşan yaranan tıxacda zirvəni fəth etmək üçün öz növbəsini gözləyir. Alpinistlər 8 min metr hündürlükdə havanın olduqca ağır olduğu və “ölüm zonası” adlanan yerdə dayanıblar.

Gözləmə növbəsi artıq 10 dağadırmaşanın ölümünə səbəb olub. Bu rəqəm 2018-ci ilin tam mövsümündən daha çoxdur. Demək olar ki, ölənlərin hər biri fiziki olaraq tükənəndən sonra, dağdan enərkən dünyasını dəyişib. Hindistanlı Nihal Baqvananın 27 yaşı var idi.

“O, 12 saatdan çox tıxacda dayanmışdı və tükənmişdi. Bələdçilər onu dördüncü düşərgəyə qədər apardılar və orada o, son nəfəsini verdi.” – deyə, Nepalın Peak Promotion alpinist agentliyində bildirdilər.

Everestdə tıxacın səbəbi zirvənin fəth edilməsi müddətinin qısa olması səbəbindən baş verib. Aprelin sonu və mayın əvvəlləri Everest üzərində buludlar olmur və alpinistlərin çoxu zirvəni məhz həmin müddət fəth etmək istəyir.

AFP agentliyinin məlumatına görə, Nepal hökuməti zirvəyə qalxmaq üçün rekord sayda - 381 icazə verib. Hər lisenziyanın qiyməti 11 min ABŞ dollarıdır.

XS
SM
MD
LG