Accessibility links

Everestin zirvəsi ilk dəfə 60 il bundan əvvəl fəth edilib



Everest dağının zirvəsini qət edən ilk insanlar Edmund Hillari və Tensinq Norqey olub. 60 il əvvəl bu insanların zirvəyə yüksəlişi 7 həftə sürüb. Lakin bu gün Everestin zirvəsinə aparan yol o qədər də müşküllü deyil.

Beynəlxalq Alpinizm Federasiyasının rəhbəri Frits Vrijlandtin dediyinə görə, bir zamanlar Everestin zirvəsinə ildə 100 adam qalxırdısa, indi buna 500 adam nail olur.

Vrijlandt insanların sayının artmasını zirvəyə çıxmağın asanlaşması ilə izah edir. O deyir ki, ekspedisiya şirkətləri düşərgələrdən zirvəyə qədər kəndirlər uzadıb. Bunlardan biri Nepal, digəri isə Tibet tərəfindədir. Bundan əlavə yerli sakinlər ərzaq, çadır, nərdivan və oksigenin daşınmasına yardım edir.

Reinhold Messner Everestə oksigensiz çıxması ilə məşhurlaşıb. Vrijlandt deyir ki, bu gün 8850 mert yüksəklikdə yerləşən zirvəyə hətta təcrübəsiz insanlar belə çıxır.“Mən elə insanlar görmüşəm ki, onlar buzu yalnız istəkanlarında görüblər. Belə insanların dağlarda işi olduğunu düşünməzdim. Lakin görürəm ki, çox az təcrübə əldə etməklə buna nail olmaq mümkündür.”

Vrijlandtin dediyinə görə, zirvəyə çıxmağın mistikası artıq aradan qalxır. “Bu, hələ də nailiyyətdir. Bu, dünyanın ən böyük dağıdır. Ölmək ehtimalı da var. Lakin bunun mistikası itib.”

Himalayın ekspedisiya şirkətinin rəhbəri İsvari Paudel dağa çıxmağın artıq çətin olmadığı ilə razıdır. “İndi çox şey dəyişib. İldən ilə dağa çıxmaq asanlaşır.”

Alpinistlərə yardım bu səyləri asanlaşdırıb. Təkcə bu il bir neçə rekord əldə edilib.
80 yaşlı yapon alpinist Yuichiro Miura
80 yaşlı yapon alpinist Yuichiro Miura

Səudiyyəli Raha Moharrak
Səudiyyəli Raha Moharrak
80 yaşlı yapon bir kişi yerli sakinlərin yardımı ilə zirvəyə çıxmağa nail olub. Digər bir rekordu ayaqları olmayan bir qadın sındırıb. İlk dəfə Səudiyyə Ərəbistanı və Pakistandan qadınlar Everestin zirvəsinə qalxıb.


1953-cü ildən, Hillari və Norgeydən sonra çox şey dəyişib. Lakin dəyişməyən bircə şey var o da ki, zirvədən görünən heyranedici mənzərədir.
XS
SM
MD
LG