Accessibility links

Əvəz Həsənov: Beynəlxalq humanitar təşkilatlar məcburi köçkün qəsəbələrinə buraxılmalıdır [Video]


Əvəz Həsənov: Beynəlxalq humanitar təşkilatlar məcburi köçkün qəsəbələrinə buraxılmalıdır
please wait

No media source currently available

0:00 0:05:09 0:00

Əvəz Həsənov: Beynəlxalq humanitar təşkilatlar məcburi köçkün qəsəbələrinə buraxılmalıdır

Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Amerikanın Səsinə müsahibə verib.

Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov Amerikanın Səsinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlər, onların sosial durumu və yeni qəsəbələrə köçürülməsindən danışıb.

Amerikanın Səsi: Məcburi köçkünlərin yerləşdirilməsi ilə bağlı monitorinq aparıbsınız. Vəziyyət necədir?

Vəziyyət gözlədiyimiz qədər də acınacaqlı deyil.

Əvəz Həsənov: Bizim monitorinqimiz Avropa Birliyi tərəfindən maliyyələşdirilib və iki il davam edib. Biz daha çox yeni salınmış qəsəbələrə məcburi köçkünlərin yerləşdirilməsi, onların şəraiti, inteqrasiyası ilə məşğul idik. Vəziyyət gözlədiyimiz qədər də acınacaqlı deyil. Hökumət yeni qəsəbələrdə infrastrukturu kifayət qədər bərpa edib və insanları da müəyyən kriteriyalarla oraya köçürə bilib.

Amerikanın Səsi: Təqribən nə qədər məcburi köçkün yeni evlərə yerləşdirilib?

Əvəz Həsənov: Dövlətin tam dəqiq statistikası olmasa da, təxminən 200 minə yaxın qeyd olunur. İnidiyədək 17 rayonda 70-dək qəsəbə salınıb və yeni qəsəbələrin əksəriyyəti sərhəd bölgələrdə tikilib.

Amerikanın Səsi: Azərbaycan hökuməti münaqişə nəticəsində bir milyondan çox insanın öz evini tərk etdiyini bildirir. Onlardan nə qədəri yeni qəsəbələrdə yerləşdirilməyib? Onların durumu necədir?

Haradasa 400 min insan üçün mənzil tikməyə dövlət hazır olmalıdır.

Əvəz Həsənov: Yerləşdirilməyənlərin 250 min nəfərə yaxını öz şəxsi mənzillərində, qohum evlərində və ya hökumətin verdiyi mənzillərlə qane olmayaraq özlərinə şəxsi ev tikən insanlardır. Onların böyük əksəriyyəti Bakı və Sumqayıt şəhərlərində yaşayır. Haradasa 400 min insan üçün mənzil tikməyə dövlət hazır olmalıdır.

Amerikanın Səsi: İndiki iqtisadi böhran dövründə bu mümkündürmü?

Yeni tikilən qəsəbələrdə bir mərtəbəli evlərin qiyməti 7-8 min manatdan 30 min manatadəkdir.

Əvəz Həsənov: Məncə evlərin tikilməsi o qədər də baha başa gəlmir. Yeni tikilən qəsəbələrdə bir mərtəbəli evlərin qiyməti 7-8 min manatdan 30 min manatadəkdir. Bununla yanaşı, hökumət məcburi köçkünlər köçürülənədək yaşadığı evləri firmalara da sata bilər.

Amerikanın Səsi: Çoxsaylı insanların evləri, mülkiyyəti erməni qoşunlarının nəzarətində olan ərazilərdə qalıb. Bununla bağlı monitorinq aparmaq mümkündürmü?

Bunun üçün gərək Ermənistan da monitorinq aparan təşkilatın mandatını tanısın və informasiyasını qəbul etsin.

Əvəz Həsənov: Ciddi monitorinq aparmaq üçün gərək Azərbaycan hökuməti onların mandatını qəbul etsin. Bunun üçün gərək Ermənistan da monitorinq aparan təşkilatın mandatını tanısın və informasiyasını qəbul etsin. Eyni zamanda Ermənistan tərəfdə monitorinqi aparacaq partnyor olmalıdır. Məncə indiki mərhələdə bu çox çətindir. Çünki hər bir tərəf öz iddiasını ortaya qoyur, amma o iddianı sənədləşdirmək mümkün reyil.

Amerkanın Səsi: Siz görüşdüyünüz məcburi köçkünlərə öz evlərinə qayıtmaq fikrindədirmir? Yoxsa məkunlaşdığı ərazidə qalmaq istəyirlər?

Əvəz Həsənov: Məcburi köçkünlər şəhərlərdə daha çox yaşayanda onlar inteqrasiya olunmuş sayılır. Onlar öz doğma evləri barədə ola bilsin o qədər də yaxşı düşünə bilmirdilər. Həmin köçkünlər indi sərhədə yaxın ərazilərə köçürülüb, orada artıq izolyasiya olunmuş durumdadır. Onların böyük əkəriyyəti öz torpaqlarına qayıtmaq fikrindədir. Çünki onların əvvəl yaşadıqları ərazilər daha konfortludur.

Amerikanın Səsi: Beynəlxalq təşkilatların məcburi köçkünlərin hüquqlarının müdafiəsi ilə bağlı apardığı işlər sizi qane edirmi?

Hökumət də şərait yaratsa, beynəlxalq təşkilatlar gələr və gedib orada köçkünlərlə vasitəçisiz görüşər, proqramlar icra edər.

Əvəz Həsənov: Yox, qane etmir. Azərbaycanda 2003-ci ildən bu yana beynəlxalq təşkilatların humanitar yardım və ya humanitar proqramları başa çatıb. Azərbaycan inkişaf proqramına qədəm qoyub. Məncə Azərbaycanın dövlət proqramı ilə yanaşı, beynəlxalq təşkilatların da məcburi köçkün qəsəbələrinə girişini təmin etməlidir ki, insanlar məcburi köçkün qəsəbələrinə getsin, onların problemləri ilə maraqlansın və onların hüquqlarının təminatçısı olsun. Beynəlxalq təşkilatların məcburi köçkün qəsəbələrinə çıxışı az olduğundan onlar da bu vəzifəni icra etmir. Hökumət də şərait yaratsa, beynəlxalq təşkilatlar gələr və gedib orada köçkünlərlə vasitəçisiz görüşər, proqramlar icra edər. Bu halda beynəlxalq təşkilatlar məcburi köçkünlərin hüquqlarının qorunmasında maraqlı olacaq.

XS
SM
MD
LG