Accessibility links

Xural qəzetinin baş redaktorunun məhkəməsi davam edir (video)


Əvəz Zeynallı
Əvəz Zeynallı

Məhkəmədə redaktorun həbsinə səbəb olan telefon danışığı səsləndirilib. Səs yazısı çox pis olduğundan başa düşülmür, eşidilən hissədə isə hər hansı rüşvət tələb etmə əks olunmur


Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun məlumatına görə, dekabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Baksel və Azərsel şirkətlərindən Əvəz Zeynallının telefon nömrələrinə gələn zənglərlə bağlı sorğuya cavab verildiyini bildirib. Qeyd edib ki, baş redaktorun həbs edilməsindən sonra onun Baksel nömrəsinə heç bir zəng daxil olmayıb. Azərsell nömrəsinə isə noyabrın 4-dək sms gəlib.

Cənab Zeynallı məhkməyə “əgər siz ədalətlisinizsə, o zaman telefonlarımı kimin götürdüyünü, həmin telefonların niyə açıq olduğunu, ora gələn sms-lərin kimin qəbul etdiyini araşdırın” deyə müraciət edib.

Daha sonra Əvəz Zeynallının həbsinə səbəb olmuş və keşmiş deputat Gülər Əhmədova ilə telefon danışığı, həmçinin “Xural” qəzetinin redaksiyasındakı danışıqları əks etdirən disk səsləndirilib. Lakin diskdəki səs yazısı çox pis olduğundan ordakı söhbət başa düşülmür, eşidilən hissədə isə hər hansı rüşvət tələb etmə əks olunmur.

Əvəz Zeynallı belə “sübut”la 14 aylıq həbsdə olmasını sifarişin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdən gəlməsi ilə əlaqələndirib. Həmiçinin o, Gülər Əhmədovadan rüşvət istəmədiyini, əksinə Əhmədovanın ona rüşvət təklif etdiyini, buna görə də keçmiş deputatın həbs edilməli olduğunu deyib.

Daha sonra baş redaktor vəkil Elçin Sadıqovun suallarını cavablandırıb. İş saatının başa çatması ilə əlaqədar olaraq proses 26 dekabr saat 14:00-a təxirə salınıb.

Xatırladaq ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 (Külli miqdarda rüşvət alma) və 311.3.4-cü (Hədə qorxu tətbiq olumaqla rüşvət alma) maddələri ilə ittiham edilir. Xatırladaq ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 (Külli miqdarda rüşvət alma) və 311.3.4-cü (Hədə qorxu tətbiq olumaqla rüşvət alma) maddələri ilə ittiham edilir.
XS
SM
MD
LG