Accessibility links

Deputatlar baş redaktorun azadlığa buraxılmasını prezidentdən xahiş edir


Əvəz Zeynallı
Əvəz Zeynallı

Əvəz Zeynallı 2011-ci ildən həbsdədir. Beynəlxalq təşkilatlar jurnalisti vicdan məhbusu kimi tanıyır

Milli Məclisin 4 deputatı, - İlyas İsmayılov, Aqil Abbas, Fazil Mustafayev və İqbal Ağazadə 22 iyul - Milli Mətbuat Günü ərəfəsində “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının həbsdən azad olunması xahişi ilə prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Sənəddə Zeynallının uzun illər dövri mətbuatda çalışdığı, 2001-ci ildə “Vətəndaş Həmrəyliyi” qəzetinin, 2002-ci ildən isə təsis etdiyi müstəqil “Xural” qəzetinin baş redaktoru olduğu qeyd edilir.

“Əvəz Zeynallı müstəqil jurnalist olaraq, zaman-zaman dövri mətbuatda çıxış etdiyi tənqidi və araşdırma yazılarında bu mövqeyi nümayiş etdirib, dövlətçiliyin möhkəmlənməsi naminə öz peşə fəaliyyətində əlindən gələni əsirgəməyib”, müraciətdə qeyd edilir.

Ə.Zeynallı Azərbaycanın milli maraqlarını hər zaman şəxsi maraqlardan üstün tutub.

“Əminik ki, azadlığa çıxdığı halda da ölkəmiz üçün daha faydalı işlər görə bilər”, sənəddə deyilir.

Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. Baş redaktor külli miqdarda rüşvət alma, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma və təkrar rüşvət almada ittiham olunur. Ona xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ittihamı da irəli sürülüb.

Zeynallı bu ittihamları rədd edir və həbsini sifariş hesab edir. Əvəz Zeynallı barədə iddia qaldıran keçmiş deputat Gülər Əhmədova dələduzluq ittihamı ilə həbs olunub.

Beynəlxalq təşkilatlar Əvəz Zeynallını vicdan məhbusu kimi tanınıb.
XS
SM
MD
LG