Accessibility links

Evin Həbsxanasında bir siyasi məhbus virusa yoluxub


Evin həbsxanası
Evin həbsxanası

İranın Evin həbsxanasında bir siyasi məhbusun koronavirusa yoluxmasından sonra güneyli siyasi məhbuslar da daxil olmaqla, həmin həbsxanada saxlanılan digər siyasi məhbusların sağlamlığı ilə bağlı narahatlıqlar artıb.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Tehranın Evin həbsxanasında saxlanan siyasi fəal Bəktaş Abtinin COVİD-19 üçün götürülən nümunə analizi müsbət çıxıb və bu üzdən bu həbsxanada saxlanılan məhbusların sağlamlığının təhlükədə olduğu bildirilir.

İran Yazıçılar Dərnəyinin üzvü Bəktaş Abtin hazırda həmin həbsxanasının tibb mərkəzində müalicə olunur.

Daha öncə də dəfələrlə Evin həbsxanasında koronavirusun yayılması haqda xəbərlərin verilməsi orada saxlanılan azərbaycanlı siyasi məhbusların sağlamlığı ilə bağlı narahatlığın artmasına səbəb olub.

Əksərən siyasi məhbuslar saxlanılan 8-ci bölmədə azərbaycanlı siyasi məhbus Siyamək Mirzayi də həbs cəzasını çəkməkdədir. Həbsxananın 8-ci bölməsində koronavirus xəstəliyinin əlamətləri müşahidə edildikdən sonra bu həbsxana məhbusları arasında yayılması ilə bağlı narahatlıqlar artıb.

Bununla yanaşı, bəzi insan hüquqları fəallarının sosial mediada yayımladığı məlumata görə, azı beş məhbusda koronavirusunun əlamətləri müşahidə olunub və onlardan üçünün həbsxananın tibb mərkəzinə köçürüldüyü bildirilib.

Hal-hazırda Evin həbsxanasında güneyli siyasi məhbuslardan Siyamək Mirzayi bu həbsxananın 8-ci bölməsində və Behnam Şeyxi, Tovhid Əmir Əmini və Kiyanuş Aslani isə bu həbsxananın 4-cü bölməsində saxlanılırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG