Accessibility links

Evo Morales Meksikada sığınacaq alıb


Evo Morales
Evo Morales

Boliviyanın sabiq prezidenti Evo Morales Meksikaya yola düşüb. O orada sığınacaq alıb.

Xarici işlər naziri Marselo Erbrad Moralesin Meksikanın hava qüvvələri təyyarəsinin içində əlində Meksika bayrağını tutduğu şəklini paylaşıb. "Sizin həyatınız və toxunulmazlığının təhlükədə deyil”, Erbrad Twitter-də yazıb.

Morales ötən ay prezident seçkisi səbəbilə keçirilən kütləvi etirazlar nəticəsində bazar günü vəzifəsindən istefa verəndən bir neçə saat sonra Meksikada sığınacağ üçün müraciət edib.

Morales bazar ertəsi Meksikaya yola düşdüyünü söyləyib və deyib: “Bizim həyatımızı qorumaq üçün bizə sığınacaq verən qardaşlarımızın ürəyiaçıqlığına görə minnətdaram. Ölkəni siyasi səbəblərə görə tərk etmək mənim üçün ağırdır, amma mən həmişə narahat olacam. Mən yaxınlarda daha çox güc və enerji ilə geri gələcəm”.

Birləşmiş Ştatlar höküməti Moralesin istefasını alqışlayır və Meksika da daxil olmaqla bir neçə ölkənin onun çevriliş yolu ilə devrildiyinə dair iddialarını rədd edir.

ABŞ prezidenti Donald Tramp yaydığı bəyanatda Moralesin gedişini “Qərb Yarımkürəsində demokratiya üçün mühüm bir an” adlandırıb. Hakimiyyətdə təxminən 14 il qalandan və bu yaxınlarda Boliviya konstitusiyası və insanların istəyinə məhəl qoymamaq cəhdindən sonra Moralesin gedişi demokratiyanın qorunub saxlanmasına və Bolivya xalqının səsinin eşidilməsinə yol açır”.

Ağ Evin bəyanatında həmçinin bildirilib ki, Boliviyadakı hadisələr Venesuela və Nikaraquadakı qanunsuz rejimlərə demokratiya və xalqın istəyinin hər zaman üstün gələcəyinə dair mesaj göndərir. "Biz tamamilə demokratik, çiçəklənən və azad Qərb Yarımkürəsinə bir addım daha yaxınıq”.

Morales hökümətinin istefa verən bəzi nazirləri və yüksək vəzifəli rəsmiləri də Meksika səfirinin iqamətgahında sığınacaq axtarır.

Amerika Dövlətləri Təşkilatı bir neçə ölkə, o cümlədən Birləşmiş Ştatlar, Braziliya, Kanada, Kolumbiya, Perunun tələbi ilə çərşənbə axşamı Boliviyadakı vəziyyətlə bağlı xüsusi iclas keçirəcək.

Morales bazar günü Amerika Dövlətləri Təşkilatının oktyabrın 20-da keçirilən seçkidə bir sıra qanun pozuntularının olduğunu müəyyən edən komandasının yeni seçki çağırışlarını qəbul edəndən bir neçə saat sonra istefasını verib.

XS
SM
MD
LG