Accessibility links

Evsizlikdən Silikon Vadisi şirkətində işə doğru [Video]


Evsizlikdən Silikon Vadisi şirkətində işə doğru
please wait

No media source currently available

0:00 0:02:41 0:00

Evsizlikdən Silikon Vadisi şirkətində işə doğru

Del Seymur, Code Tenderloin: “18 yaşında olanda evsiz qaldım və növbəti 18 il ərində gecə və gündüz küçələrdə zombi kimi gəzirdim.”

Del Seymur Tenderloin daxilində demək olar ki, hər kəsi tanıyır. Bura San Fransiskonun ən sərt məhələlərindəm biridir. İndi isə, Twitter, AirBnB və Uber kimi şirkətlərin məkanıdır.

Del Seymur, Code Tenderloin: “Şirkətləröz qərargahlarını bura köçürməyə başlayıblar. Amma hələ də işçiləri başqa regionlardan və ölkələrdən cəlb edirlər.”

Daniel Henry kimi keçmişdə evsiz olmuş texnologiya mütəxəsisi üçün bu bir imkan idi.

Daniel Henry, tələbə: “Bu, biz və texnologiya icması arasında olan mübarizədir. Mən bu sənayedə necə çalışa bilərdim? Dostlarım mənim bacarıqlarımdan xəbərdar idilər və deyirdilər ki, sən texnologiya sahəsində çalışmalısan.”

Ona görə də Seymur təşəbbüs irəli sürdü və Google, Microsoft kimi şirkətlərə dayanmadan zənglər etməyə başladı.

Del Seymur, Code Tenderloin: “Sən bizim məhəlləyə köçüb, bizim icmaya məhəl qoymaya bilməzsən. Sən özünü o yerə qoya bilməzsən ki, guya bizim küncdə dayanıb iş axtarışında olduğumuzu görmürsən. Sən bizi öz biznesinə cəlb etməlisən.”

Çoxlarının təəccübünə səbəb olsa da, şirkətlər cavab verməyə başladılar. Məhz o zaman Seymur işsizlər üçün altı həftəlik təlimlər keçən Code Tenderloin təşkilatının əsasını qoyur.

Viktoriya Vestbruk, Code Tenderloin təşkilatının proqram direktoru: “Onlar html, CSS və javascript öyrənirlər.”

Code Tenderloin tələbələri bir çox böyük texnologiya şirkətini ziyarət edərək, suallar verir və onlarla tanış olurlar.

Alfonzo Uilyams, Code Tenderloin tələbəsi: “Hər səfərimiz gözəldir. Hər dəfə yeni bir şey öyrənirəm. Mən kodlaşdırmanı çox sevirəm. ”

Viktoriya Vestbruk, Code Tenderloin təşkilatının proqram direktoru: “Biz onlar üçün alternativ yollar da yaratmağa çalışırıq. Məsələn şirkətin daxilində təcrübə proqramı.”

Burada təhsil ödənişsizdir. Bəzi hallarda isə hətta kompüterlər də təqdim edilir.

Strefani Buher, Tələbə: “Onların belə bir şüarı olmalı idi - Küçədən altı rəqəmli maaşa cəmi altı həftəyə.

Tələbələrin yalnız bir qismi texnologiya işləri tapmasına baxmayaraq, xeyli sayda digər tələbə təlim proqramı vasitəsilə başqa iş tapmağa müvəffəq olub.

Cennifer Friedenbax, Evzisliklə Mübarizə Koalisiyası:“Özünü yenidən işə sahib olan bir insan kimi görmək... Kodlaşdırma işi olmasa da, başqa bir iş ola bilər. Bu cür imkan bu insanlara yoxsulluqdan çıxmaq üçün çox önəmlidir.”

Təlimlər birmənalı olaraq tələbələri məşğul saxlayır. Məhəlləni ayağa qaldırmaq Code Tenderloin-in məqsədidir.

XS
SM
MD
LG