Accessibility links

Rusiya ordusu nə dərəcədə güclüdür?


Rusiya ordusu nə dərəcədə güclüdür?
please wait

No media source currently available

0:00 0:03:25 0:00

Rusiya ordusu nə dərəcədə güclüdür?

Dünyanın beşinci ən böyük ordusu olduğu güman edilən Rusiya ordusu Ukraynada bir il yarım öncə həmin ölkəyə hərbi müdaxiləsi zamanı Rusiya prezidenti Vladimir Putinin ümid etdiyi qədər müvəffəq olmayıb.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxilə edəndə Rusiya Prezidenti Vladimir Putin paytaxt Kyivi üç gün ərzində ələ keçirməyə söz vermişdi. Ancaq Amerika Sahibkarlıq İnstitutundan Qari Şmidtin dediyinə görə, 18 səkkiz ay keçməsinə baxmayaraq, bu hələ də baş verməyib, baxmayaraq ki, Kreml müharibəyə 60 milyar dollardan çox pul sərf edib.

“Hər kəs Kremlin Rusiya ordusuna xərclədiyi pulun miqdarına baxıb 'onların real imkanları olacaq' deyirdi,” Amerika Sahibkarlıq İnstitutundan Qari Şmidt deyir.

Atlantika Şurasının strategiya və təhlükəsizlik üzrə eksperti İan Brezinski inanır ki, Ukraynaya hərbi müdaxilə qısa-müddətli bir kampaniya olaraq hazırlanmışdı və indi artıq müdafiə müharibəsinə çevrilib.

“İndi onlar müdafiədədirlər. Təəssüf ki, onlara istehkamlar, minalanmış sahələr, xəndək xətləri və sairləri qazmaq və qurmaq üçün çox vaxt verildi. O, dünya səviyyəli bir döyüş qüvvəsi olmasa da, yenə də əhəmiyyətli bir qüvvədir,” o deyir.

Bu gün Rusiya ordusunda təxminən bir milyon əsgər var. Şmit deyir kir, Ukraynadakı məğlubiyyətli səbəbilə və səfərbərliyə rəğmən, ordunun böyük bir hissəsi döyüşə hazır deyil.

“Onlar bir zamanlar zirehli əməliyyatlarda çox güclü idilər. Və indi belə çıxır ki, birləşmiş əməliyyat imkanları olmadan, bunu həyata keçirmək üçün lazım olan maddi-texniki baza olmadan və hava gücündən vahid istifadə olmadan, o qüc sadəcə olaraq mövcud deyil,” Şmit bildirir.

Brezinski deyir ki, 2008-ci ilin avqustunda Gürcüstanda baş verən münaqişə Rusiya ordusunda nizam-intizam, komandanlıq və strukturdakı zəiflikləri üzə çıxardı.

“Bu, məyusedici bir performans oldu. Putin bunu dəyişdirəcəyinə söz verdi və o, 10-15 illik ordunu müasirləşdirmə planını həyata keçirməyə başladı,” o bildirir.

Moskva Qərb tipli batalyon-taktiki qrupları mənimsəyərək, qüvvələrini modernləşdirilmiş, daha yığcam, müqavilə ilə işləyən orduya çevirməyə başladı.

Lakin Şmit deyir ki, o eyni zamanda kompromisə gedərək, keyfiyyətdən daha çox bölmələrin kəmiyyətə üstünlük verdi və ordu rəhbərliyi siyasi liderləri məmnun etmək üçün imkanlarını şişirtdi.

“Pulun böyük hissəsi ordunu yaxşılaşdırmaq əvəzinə generallar və podratçıların cibinə axırdı,” Qari Şmit deyir.

Bu gün Rusiya Ukraynada insan qüvvəsi problemi ilə üzləşir və 2013-cü ildən 2016-cı ilədək NATO-nun baş komandiri olan ABŞ Hava Qüvvələrinin təqaüddə olan generalı Filip Bridlov deyir ki, təkcə əsgərlərin sayını artırmaq işə yaramayacaq və asan da olmayacaq.

“Rusiyanın tamamilə bitdiyini düşünürsünüzsə, səhv edirsiniz. Hələ çox imkan var. Amma Putinin qüvvələrini səfərbər etməyə, görməli olduğu bəzi işləri görməyə davam etməsi çox böyük siyasi yüksəliş tələb edəcək,” o deyib.

Amerikanın Səsinə danışan ekspertlər deyir ki, onlar Vaqner döyüşçilərinin üsyankar rəhbərləri Yevgeni Priqojinin Putin tərəfindən təşkil olunduğu güman edilən təyyarə qəzasında ölümünə necə reaksiya verəcəklərini gözləyirlər.

Forum

XS
SM
MD
LG