Accessibility links

Belarus müxalifət lideri Tixanovskaya BMT-nin Baş Assambleyasında şəxsən iştirak edəcək


Sviatlana Tixanovskaya mətbuat konfransında. Vilnüs, Litva. 7 iyul, 2021. (AP/Mindaugas Kulbis)
Sviatlana Tixanovskaya mətbuat konfransında. Vilnüs, Litva. 7 iyul, 2021. (AP/Mindaugas Kulbis)

Belarusun sürgündə olan müxalifət lideri Sviatlana Tixanovskaya 2020-ci ilin avqustunda Belarusda keçirilən mübahisəli prezident seçkisindən sonra ilk dəfə olaraq BMT Baş Assambleyasının iclasında şəxsən iştirak edəcək. Bu barədə ona yaxın diplomatik mənbələr xəbər verib.

Mənbələr deyir ki, Tixanovskaya və onun nümayəndə heyəti Belarus hakimiyyəti tərəfindən Prezident Aleksandr Lukaşenkonun hakimiyyəti dövründə Belarus = davam edən siyasi repressiyanı müzakirə edəcək və bütün siyasi məhbusların azadlığa buraxılmasına çağıracaq.

Onlar deyir ki, Tixanovskayanın 18-22 sentyabr tarixlərində Baş Assambleyada iştirakı zamanı Lukaşenkonun Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə vasitəçilik etməsi də müzakirə olunacaq.

Belarusun müxalifət lideri iki il öncə BMT-nin Təhlükəsizlik Şurasının virtual qeyri-rəsmi sessiyası zamanı çıxış edib.

Tixanovskaya 2020-ci ilin avqustun 9-da keçirilən seçkidən iki gün sonra, polisin onu bir neçə saat müddətinə saxlamasından sonra Belarusdan qaçıb. Müxalifət liderlərinin səsvermənin saxtalaşdırıldığına dair iddialarına baxmayaraq, seçkinin qalibi Lukaşenko elan edilmişdi.

Təhlükəsizlik rəsmiləri demokratiya tərəfdarı etirazçıları təqib, siyasi liderlər və jurnalistləri həbs edib. Dövlət Departamentinin bildirdiyinə görə, hazırda Belarusda 1200-dən çox siyasi məhbus var.

Birləşmiş Ştatlar ABŞ rəsmilərinin dediyinə görə, “sabitliyi pozan davranış və insan hüquqları pozuntuları” səbəbilə Lukaşenko rejiminə sanskiyalar və viza məhdudiyyətləri tətbiq edib. Belarus rəsmiləri isə cavab olaraq Vaşinqtonun Minskdə səfirlik işçilərinin sayını azaltmağa çağırıb, ABŞ-ın Belarus üzrə nümayəndəsinə viza verməyib.

ABŞ Prezidenti Co Bayden 2021-ci ilin 28 iyulunda Tixanovskaya ilə Ağ Evdə görüşərək Belarus xalqının demokratiya və universal insan hüquqları axtarışını dəstəyini ifadə edib.

Tixanovksaya bu ilin aprelində dövlət katibi Antoni Blinken və dövlət katibi Vendi Şermanla görüşüb. ABŞ-ın yüksək səviyyəli diplomatları deyib ki, Lukaşenko rejimin Rusiyanın Ukraynaya apardığı müharibədə “əlbir olduğuna” görə cavab verməlidir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG