Accessibility links

Təhqiqatçılar 2016-cı ildə də ekstremal hava şəraiti olacağını deyirlər [Təhlil]


Təhqiqatçılar 2016-cı ildə hava şəraitinin ekstremal olacağını deyirlər
please wait

No media source currently available

0:00 0:02:52 0:00

Son həftələr ekstremal hava şəraiti dünya boyu ciddi problemlərə, Birləşmiş Ştatlar və Britaniyada ölümlə nəticələnən daşqınlara, Braziliya, Cənubi Afrika və Hindistanda isə quraqlığa səbəb olub.

Şiddətli küləklər və daşqınlar səbəbilə Amerikanın orta-şərq bölgələri və Britaniyanın şimal regionlarında ciddi dağıntılar oldu.

Cef Masters Yeraltı Meteorologiya Mərkəzinin direktorudur. Amerikanın Səsinin suallarını Skype vasitəsi ilə cavablandıran Masters deyir ki, hava şəraitinin belə olmasında qlobal istiləşmənin də rolu böyükdür. O, havanın mülayim keçməsi səbəbindən dünya boyu okean sularının buxarlanaraq, atmosferə təsir etdiyini, bunun isə havanın istiləşməsinə səbəb olduğunu deyir. “Mülayim atmosferdə isə enerji artır və qasırğalar əmələ gəlir. Beləliklə, yağış yağanda siz bunun cəmiyyətə təsirlərini görə bilirsiniz.”

Qlobal istiləşmə prosesi illərdir gedir. Lakin 2015-ci ilin dekabr ayında istiləşmə adətən Sakit Okeandan gələn, lakin bu dəfə qeyri-adi gücə malik olan El-Nino qasırğası ilə eyni vaxta təsadüf etdi və bu hava şəraiti bir-iki il davam edə bilər.

Bəzi müşahidəçilər qlobal istiləşmə və El-Ninonun birləşməsinin dekabr ayında Şimal Qütbündə temperaturun donma səviyyəsinə düşəcəyini deyib. Belə hava şəraiti isə 1948-ci ildən bəri 3 dəfə baş verib.

Amerikada Ətraf Mühit üzrə bloqları ilə tanınan Robert Fanni deyir ki, isti hava şəraiti Arktikadakı buzları əridir və bunun mənfi təsirləri var. “Dəniz buzlarının əriməsi ağ reflektiv səthin istini özünə çəkən qara səthlə əvəz olunması deməkdir.”

Arktikanın ağ ayıları buzun üzərində həyat sürür. Dünya boyu sayı azalan ağ ayılar Birləşmiş Ştatlar və Kanadada qeyri-kommersiya heyvanları sayılır.

Baş elmi işçi Stiven Amstrap deyir ki, keçən ay Parisdə keçirilən iqlim konfransında əldə edilən razılığa əsasən qlobal istiləşmənin qarşısının alınması üçün temperaturun 2 dərəcə selsi azaldılması belə heyvanların yox olmasının qarşısını ala bilməyəcək. “Nəticələr ağır olacaq və biz ağ ayılarını itirəcəyik. Lakin ağ ayı çoxdur. Adətən insanlar belə deyir, “ağ ayılar şimalda yaşaya bilirlərsə, nəyə görə biz onların qayğısına qalmalıyıq?”

İqlim müşahidəçiləri isə deyir ki, El-Nino və istiləşmənin bir neçə ay davam edəcəyinə görə 2016-cı ildə də ekstremal hava şəraiti səbəbindən yenə də insan itkiləri olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG