Bu gün noyabrın 22-də axşam saatlarında Jurnalistləri Müdafiə Komitəsinin Nyu-Yorkdakı baş qərargahında azərbaycanlı jurnalist Eynulla Fətullayevə Mətbuat Azadlığı mükafatı təqdim olunacaq. Komitənin Avropa və Mərkəzi Asiya Proqramlarının tədqiqatçısı Müzəffər Süleymanov Amerikanın səsinə bildirib ki, Eynulla Fətullayevə 2009-cu ildə həbsdə olarkən layiq görüldüyü Mətbuat Azadlığı mükafatı təqdim olunacaq.
Jurnalistləri Müdafiə Komitəsinin bildirdiyinə görə isə, bu gün 2011-ci ilin Mətbuat Azadlığı mükafatlarının təqdimetmə mərasimini keçiriləcək. Bu ilin laureatları Bəhreyndən Mənsur Əl-Cərmi, Belarusdan Natalya Radina, Meksikadan Havier Valdez Kardenas və Pakistandan Umar Çimadır.
Eynulla Fətullayevə də mükafat eyni mərasimdə təqdim olunacaq.